Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi

24.06.2026 10:28 98
Ölkə futbolu / Aktual
Təlim-məşq toplanışı üçün Avstriyaya yollanan "Qarabağ" heyəti də açıqladı.

İki ay əvvəl cəzalandırılaraq əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyev toplanışa qoşulanlar arasında yer alsa da, eyni cəzaya məruz qalan Abbas Hüseynovdan səs-soraq yoxdu.

Müdafiəçinin toplanışdan kənar qalmasının səbəbini öyrənmək üçün klubun marketinq və kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Klub rəsmisi "Football-plus.az"a yalnız bunu dedi:

"Baş məşqçimiz Qurban Qurbanovun qərarıdı".

Xatırladaq ki, “Qarabağ” toplanış zamanı üç yoxlama oyunu da keçirəcək.

MURAD ABDULLAZADƏ