Mövsümün sonunda “Neftçi”dən ayrılan Edvin Kuçun yeni klubu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi sabiq komandası olan “Balkani”yə qayıdıb.
Bu barədə Kosovo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kuç ilə 1 illik müqavilə imzalanıb.
2019-24-cü illərdə də "Balkani"də çıxış edən Kuç komandanın kapitanı və liderlərindən olub. O, "Balakani"i lə 3 dəfə çempionluq yaşayıb.
32 yaşlı futbolçu 2024-cü ilin avqustundan bu ilin mayına qədər "Neftçi"də oynayıb