Ötənlərin tanınmış braziliyalı futbolçusu Roberto Karlos sabiq argentinalı forvard Serxio Aquero ilə söhbətdə bu iki komandanın indiki durumunu müqayisə edib.
"Football-plus.az" xəbər verir ki, Karlosun fikrincə, hazırda Argentina Braziliyadan üstündü:
''Keçmişdə olanları unutmalıyıq. Diqqətimizi indi yaşananlara yönəltməliyik. Argentina son dünya çempionudu. Braziliya indi Argentinanı məğlub edə bilmək üçün bir xeyli artırmalıdı. Argentina indi bir sıra məqamlarda bizdən üstündü. Birincisi, uzun müddətdi birlikdə çalışdıqları bir baş məşqçi var. İkincisi, heyətdə dünya futbolunun və bu dönəmin örnək futbolçusu olan Lionel Messi var. Braziliya oyundan oyuna artırsa, mundialın finalına yüksələ bilər. Bu qədər uzun fasilədən sonra yenidən finalda oynamaq bizim ölkə üçün çox mühüm bir hadisə olardı".