• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi

Manşet / Müsahibə

Bu gün, 14:27

Dünya çempionatı öz axarıyla davam edir. Etiraf edək ki, mundial çox maraqlıdı və demək olar, hər matçda nəfəskəsən mübarizəyə şahidlik edirik. Zəif sayılan yığmalar belə ən yaxşı oyununu göstərməyə, azarkeşlərini xoş sürprizlə sevindirməyə çalışır. ABŞ, Meksika və Kanadanın müştərək təşkil etdiyi mundialda hakimliyin səviyyəsi də ön plandadı.

Ümumiyyətlə, idarəçiliklə bağlı xoşagəlməz halların sayı lap azdı. Hətta iş o həddə çatıb ki, hadisələrin axarına qapılıb, oyunların hamısını izləmək istəyənlər təqvimdən şikayətlənməyə başlayıb. Bütün bu məqamları nəzərə alıb, qeyd olunan məsələlər ətrafında Aslan Kərimovla söhbətləşdik.

– Aslan bəy, mundialda görürük ki, oyunlara həm də şou elementi əlavə olunub. Komandalar meydana tam heyətlə - 26 nəfərlə çıxır. 3 dəqiqəlik su fasiləsi elan olunur. Əlbəttə, baş məşqçilər bundan həm də taktiki göstərişlər vermək baxımından yararlanır. Ümumiyyətlə, sanki futbola MHL, MBA ruhu qatıblar. Belə məqamları necə dəyərləndirirsiz?
– Əslində komandaların meydana tam heyətlə çıxması pis deyil. Bu qərarı təqdirəlayiq sayıram. Gələnlərin hamısı həmin ruhu hiss edir. Onsuz da ABŞ-də idmanın biznes tərəfi daha çox ön plana çıxarılır, yarışlarda böyük rol oynayır. Su fasiləsi reklamlar üçün şərait yaradır. Halbuki burda məqsəd futbolçuların su içməsi, dincəlməsidi. Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik. Futbol iki 45 dəqiqədən ibarətdi və bunu dəyişmək yönündə atılan addımlar idmanın ruhuna ziddi. Fasilədə nə qədər istəsəz, şou göstərin. Ümumiyyətlə, su fasiləsi olmasa, yaxşıdı. Bəli, nümunə üçün deyim ki, Mayamidə 40 dərəcə isti hava şəraitində oynayırsansa, su içməyə ehtiyac yarana bilər. Lakin Kanadada narın yağış yağır və su fasiləsi elan olunur. Belədə məntiqli qərar kimi görünmür.

– Hakimlərlə bağlı məqamlar da diqqət mərkəzindədi. Çünki artıq 40 oyun keçirilsə də, ciddi səhvə rast gəlməmişik. Sizcə, bu nə ilə bağlıdı? VAR-ın səlahiyyətlərinin genişləndirilməsi ilə, yoxsa turnirdə idarəçiliyə dünyanın ən yaxşı hakimlərinin cəlb olunmasıyla?
– Bir çox oyunda VAR-ın faydasını görmüşük. Bu sistem sayəsində epizodları daha rahat incələmək, daha ədalətli qərarlar vermək mümkündü. VAR-ın səlahiyyətlərinin genişləndirilməsi, təbii ki, ən doğru addımdı. Əlbəttə, baş hakimlərin rolunu da yüksək qiymətləndirmək lazımdı. Ölkələrin ən yaxşıları mundialda iş başındadı. Heç şübhəsiz, onların təcrübəsi ümumi idarəçilik keyfiyyətinə müsbət təsir göstərir. Ancaq açılış matçını – Meksika – CAR oyununu idarə edən braziliyalı Vilton Sampayo ingilis dilini bilmirdi. Bu üzdən kuryoz hadisə yaşandı. Bir də Messinin Əlcəzairlə oyunda qırmızı vərəqə almaması müzakirə obyektinə çevrildi. Yenə də ümumilikdə hakimliyin səviyyəsini yüksək dəyərləndirmək olar.

– FİFA-nın oyun qaydalarıyla bağlı inqilabı yeniliklərindən də bəhs edək. Belə ki, top autdan və qapıdan zərbə ilə oyuna daxil edilərkən 5 saniyə saymaq lazım gəlir. Dəyişikliklər 10 saniyə ərzində reallaşır. Sizcə, bu elementlər futbolu daha da gözəlləşdiribmi? Axı həm də top oyunda daha çox qalır.
– Topun oyunda daha çox qalması təkcə FİFA-nın qərarlarıyla bağlı deyil. Burda komandaların oyun üslubunun da ciddi payı var. Bir çox komanda qapalı oyuna üstünlük verir. Belədə qarşı tərəf topu özündə saxlamağa çalışır. Odu ki, top itkisi az hallarda baş verir. Məsələn, İspaniya və Belçika ilk turda keçirdikləri oyunda topa, demək olar, 70 faiz sahib oldu. Ancaq bu o demək deyil ki, bu yığmalar məzmunlu oyun göstərdi.

Ümumiyyətlə, komandaların müdafiə olunmağa üstünlük verməsi oyunu darıxdırıcı edir. Yenə də yeni qərarların futbola xidmət etdiyini deməliyəm. Çünki nəticədə komandalar qəsdən vaxt apara, simulyasiya edə bilmir. Belədə bəzi futbolçular ikidəqiqədənbir özünü yerə atıb, ayağını tutmur. Dəfələrlə görmüşük ki, qələbəyə daha yaxın olan komandanın futbolçusu bu yolla vaxt aparır və belə hal hücum edən komanda üçün sərfəli olmur. Kəsəsi, həm futbolçular, həm də hakimlər istəsə belə, oyunu dəyişə bilmir.

– Maraqlı məqamlardan biri də komandaların həddən artıq istəkli olmasıdı. Sizcə, bu nə ilə bağlıdı? Millilər hər oyuna son şans kimi yanaşır.
– Dünya çempionatı kimi mötəbər yarışda çıxış etmək, özü də ilk dəfə oynamaq fərqli hissdi. Düzdü, Uruqvay və Kolumbiya milliləri bu yarışda dəfələrlə çıxış edib. Ancaq hazırda heyətlərində xeyli yeni futbolçu var ki, mundialda ilk dəfə çıxış edir. Bu üzdən meydanda canla-başla çıxış edən kollektivlər bizi təəccübləndirməməlidi. Məsələnin ikinci tərəfi isə mundialın bazar rolunu oynamasıdı. Sizi əmin edirəm ki, Kabo Verde millisinin azı 5 futbolçusuna yaxşı təklif gələcək. Qiymətləri, izləyiciləri xeyli artacaq. Burda qazanılan xallar millinin dəyərini də dəfələrlə artırır. Təbii ki, belə məqamlar komandalar üçün çox böyük motivasiya mənbəyidi.

– Sizcə, bu cür şanslara və xeyli hücum cəhdinə rəğmən, Türkiyə millisi niyə uğursuzluğa düçar oldu? Hər halda, gözləntilər daha böyük idi...
– Futbolçuların meydanda can qoymadığını düşünənlər var. Ancaq məncə, yanlış fikirdi. Bu gün Türkiyə mediası komandanı kəskin tənqid edir. Bəziləri reytinqə görə bu məsələ ətrafında şou yaradır. Sadəcə, gözləntilər çox yüksək idi. Türkiyə millisi bura pley-offdan gəlmişdi. Rumıniya ilə Kosovonu məğlub etmişdilər. Bu komandalar Avropa səviyyəsində deyil. Düzdü, bu yığmanın “Yuventus”, “Real” kimi nəhəng komandalarda çıxış edən oyunçuları var. Ancaq ümumi baxanda yığmada mərkəz hücumçusu və müdafiəçisi mövqeyində ciddi problemlər var. Dünya çempionatı kimi yarışda belə boşluqlar ciddi çatışmazlıqdı. Hamı bu gün Avropa çempionatında Çexiyanı, Xorvatiyanı məğlub edən Türkiyə millisini nümunə göstərir. Amma unutmaq olmaz ki, həmin yığma qolları əks-hücumlar zamanı vurmuşdu. Rəqiblər bütün komponentlərdə üstün idi. Sadəcə, necə deyərlər, Allah Türkiyəyə qələbə xoşbəxtliyi rəva görmüşdü. Türkiyənin oyununu real qiymətləndirsək, bütün mövqelər balanslı deyildi. Ümumiyyətlə, bu yığma İspaniya, Almaniya, Fransa kimi dominant oyun göstərə bilmir. Komanda bir qədər arxada olmalıdı ki, Ardanın yaxşı ötürmələri, Barışın rəqibin müdafiə xəttinin arxasına sürətli qaçışı kimi xüsusiyyətlə nəsə edə bilsin. Ancaq Türkiyə müdafiə olunmağa üstünlük verən, əks-hücumlarda xoşbəxtlik axtaran komandalara qarşı oynamaqda ciddi çətinlik çəkir. Vətənpərvərlik ruhuna qapılıb, potensialı şişirtdikdən sonra belə uğursuzluq, təbii ki, insanları çox sarsıdır.

– Nəhayət, bunu da bilmək istəyirik: sizin favoritləriniz hansı komandalardı?
– Bu yöndə bir neçə komandanın adını çəkə bilərəm. Fransa, Niderland, İngiltərə, İspaniya və Almaniya milliləri çox güclüdü. İspaniya açıq futbol sərgiləyən rəqibə qarşı yetərincə təhlükəli oynayır. Baxmayaraq ki, ilk oyunda xal itirdi. Düzdü, Argentina millisi də çox inamlı qələbə qazandı. Ancaq növbəti oyunlarda nə dərəcədə uğurlu olacaqlarını təxmin etmək çətindi. Qaçmadan 3 qol vuran Messinin Avropa komandalarına qarşı da belə performans sərgiləyib-sərgiləməyəcəyi sual altındadı. Düzü, məni məyus edən yığma da var. Məsələn, Belçikanı da favorit saymaq olardı. Bir sözlə, məni xəyal qırıqlığına uğratdılar. Komandanın diqqəti oyundan başqa hər şeyə yönəlmişdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

22-02-2025, 18:0

“Bütün liqalarda gərginlik son həddə çatacaq” – Aslan Şahdəliyev İK-nın qərarlarını dəyərləndirdi

Ölkə futbolu / Aktual

18-09-2025, 15:0

“Niyə ən böyük qələbə deyə bilmirəm?” – Aslan Kərimov sualımıza sualla cavab verdi

Avrokuboklar / Manşet

16-09-2025, 16:0

“Hətta hadisələrin axarı qələbə də gətirə bilər” – Aslan Kərimov “sülh”ün sirrini açdı

Ölkə futbolu / Aktual

1-05-2025, 15:0

“Qalsın, yoxsa getsin? Demək çətindi” – Aslan Kərimov Ştoqrin haqda

Ölkə futbolu / Aktual

11-12-2025, 16:0

Aslan Kərimov Azərbaycan idman mediasını aldadıb – İTV-nin adı ilə!

Manşet / Avropa Liqası

14-12-2023, 20:0

“Həkken” “Qarabağ”a necə mane ola bilər? – tarixi oyuuna 1 saat qaldı

Aktual
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Son xəbərlər
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 244
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 230
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 197
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə