"Neftçi"dən növbəti transfer

24.06.2026 17:15 29
Ölkə futbolu
“Neftçi” daha bir transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdü. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyəcək.

Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

Xatırladaq ki, "Neftçi" buna qədər Rüfət Abbasov və Qustavo Klismanı da transfer etmişdi.