Koreya yığması yerli media ilə ünsiyyəti dayandırıb. Jurnalistlərlə planlaşdırılan bütün müsahibələr ləğv edilib.
"Football-plus.az" xəbər verir ki, buna komandanın kapitanı Son Hın Min haqda yayılan tənqidi səs yazısı səbəb olub. Hadisə iyunun 7-də keçirilən açıq məşq zamanı qeydə alınıb.
“Globo” nəşrinin yaydığı məlumata görə, jurnalist canlı yayımda Sonla bağlı “kapitandı deyə elə qaçır ki, sanki hərbi komandaya rəhbərlik edir. Halbuki, heç məşqdə qaçışını tam olaraq başa vurmadı” fikirlərini səsləndirib.
Səs yazısının sosial şəbəkələrdə yayılmasından sonra federasiya yerli media ilə ünsiyyəti dayandırmaq qərarı verib.
Xatırladaq ki, komanda DÇ-2026-nın A qrupunda iki turdan sonra 3 xalla 2-ci yeri tutur.