“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?

24.06.2026 13:36 26
Avrokuboklar / Aktual
“Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya çempionatında meydana çıxıb.

“Football-plus.az”ın məlumatına görə, 10-cu tur matçında “Aftureldinq”i qəbul edən komanda 2:0 hesablı qələbə qazanıb. Qolları Dua (72) və Hermansson (90+3) vurub.

“Vestri”nin baş məşqçisi Daniel Osafo-Badu bu matçda da 15-ci turdan irəli çəkilən “Aegir”ə qarşı oyunda (2:0) şans verdiyi start heyətini meydana buraxıb: 1. Marvin Steynarsson, 22. Elmar Qardarsson (k), 12. Tibanq Phete (45. Gudmundur Pall Eynarsson, 71), 3. Edson Eduardo, 15. Qudmundur Svavarsson, 11. Yohannses Selven (27. Kriss-Albin Mörfelt, 71), 17. Qunnar Hauksson, 6. İbrahima Balde, 19. Emmanuel Dua (14. Birkir Eydal, 80), 10. Tordur Hafthorsson (77. Sergine Fall, 80), 23. Breki Hermansson.

Qələbə nəticəsində xalını 19-da çatdıran “Vestri” 3-cü pilləyə yüksəlib.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul