Uli Höness İngiltərə premyer-liqasını Almaniya bundesliqası ilə müqayisə edib.
“Bavariya”nın fəxri prezidenti bu liqalar arasındakı əsas fərqi belə qeyd edib:
“Premyer-liqa bundesliqadan yaxşı liqa deyil. Sadəcə, İngiltərə klubları pul sarıdan varlıdılar. Onlar idman planında özgələrin sərmayəsi hesabına üstünlük əldə ediblər. Bundesliqa isə özünün vacib üstünlüyünə malikdi: biz oliqarxlardan və dövlətlərdən asılı deyilik. Və bu, ortamüddətli zaman perspektivində bizim işimizə yarayır”.