Pablo Lonqoriya Kriştiano Ronaldonun “Marsel”ə keçə biləcəyi haqda xəbərə reaksiya verib.
Fransa klubunun prezidenti “Mançester Yunayted”i tərk etmək istəyən portuqaliyalı hücumçunun xidmətində maraqlı olmadıqlarını bildirib:
“Sosial şəbəkələrin dünyasında yaşayırıq. Bu dünyada isə saysız-hesabsız yalan xəbərlər dolaşır. Ronaldo bizim variant deyil. Hər xəbərə inansaq, onda De Bruyne ilə Holannın da “Marsel”ə gələcəyini söyləmək olar”.