Lionel Messi DÇ-2026-da yaratdığı qol epizodlarının sayına görə bütün oyunçuları qabaqlayır.
"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının kapitanı mundialda indiyədək komanda yoldaşları üçün 8 qol imkanı yaradıb. 39 yaşlı hücumçu bu göstərici ilə turnirin bütün futbolçularını arxada qoyub.
Messinin ən yaxın izləyicisi Maykl Olisedi. Fransalı yarımmüdafiəçinin hesabında 5 aşkar qol imkanı var. Jan Diomande, Coşua Kimmix, Nunu Mendeş, Roberto Alvarado və Usman Dembele isə hərəyə 4 belə epizod yaradıblar.