“İmişli”dən ayrıldı, "Səbail"ə keçdi

18.07.2026 10:00 14
Ölkə futbolu
Transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq “İmişli”də çıxış etmiş Ezekiel Morqanı heyətinə qatıb.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə "2+1" illik müqavilə imzalanıb.

Morqan ötən mövsüm “İmişli”nin heyətində 31 qarşılaşmada meydana çıxıb 1 qol, 1 məhsuldar ötürməyə imza atıb.