“Visla” (Plotsk) Polşa çempionatında 3-cü tur oyununa çıxıb.
Football-plus.az xəbər verir ki, Anton Krivotsyukun formasını geyindiyi komanda Poznan “Lex”i ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Millimizin üzvü bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, “Visla” 3 turdan sonra 9 xalla 18 komanda arasında 1-ci pillədə qərarlaşıb.