“Sabah”ın rəqibindən böyükhesablı qələbə

25.06.2026 15:02 49
Avrokuboklar / Aktual
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi “Nyu Seynts” mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirib.

“Football-plus.az”ın məlumatına görə, komanda “Konna Kuey” ilə üz-üzə gəlib. “Park Hall”da gerçəkləşən qarşılaşma “bayquşlar”ın rəqibinin böyükhesablı qələbəsi ilə başa çatıb (4:0).

“Nyu Seynts” ilk hissədə cəmi bir qol vurub: Ben Vilson penaltidən fərqlənib. İkinci yarıda start heyəti tam yenilənən kollektivdən Coş Luk bir, Bred Yonq iki qolla komandasını sevindirib.

Xatırladaq ki, “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Nyu Seynts” matçı iyunun 7-si, saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR