Polşa çempionatında 30-cu turun oyunları keçirilib.
Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Azərbaycan millisinin üzvünün səfərdə Krakov “Visla”sı ilə qarşılaşıb. Plotsk klubu bu oyundan qələbə ilə ayrılıb – 4:3.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sarı vərəqə limitini keçdiyi üçün cəzalı duruma düşüb və matçı buraxıb.
Plotsk “Visla”sı 30 turdan sonra 45 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.