Nazarovun komandası kubokla vidalaşdı

1.08.2022 09:26 376
Dünya futbolu
Almaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Football-plus.az
xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” bu mərhələdə Bundesliqa təmsilçisi “Maynts”la qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

Millimizin üzvü də bu matçda iştirak edib. Start heyətində meydana çıxan oyunçu 80-ci dəqiqədə əvəzlənib. O, 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.