"Sabah" ilk yoxlama matçında heç-heçə etdi

24.06.2026 23:25 37
Ölkə futbolu
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Masazır təmsilçisi Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Növbəti yoxlama matçları çərçivəsində “Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.