"Zirə"dən ayrılan Rövlan Muradovun yeni klubu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, o, karyerasını "Araz-Naxçıvan"da davam etdirəcək.
Yarımmüdafiəçi ilə Naxçıvan təmsilçisi arasında anlaşmanın müddəti 1 illikdi. “Qəbələ”nin yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyib. O, Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.
“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.