Antonsuz komandası uduzdu

2.05.2022 11:37 557
Dünya futbolu
Polşa çempionatında 31-ci turun oyunları keçirilib.

Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Plotsk təmsilçisi səfərdə “Termalika” ilə qarşılaşıb. Azərbaycan millisinin üzvünün komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Plotsk “Visla”sı 31 turdan sonra 45 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.