"Araz-Naxçıvan" kapitanla vidalaşdı

25.06.2026 13:18 14
Ölkə futbolu
“Araz-Naxçıvan” futbolçu Urfan Abbasovla başa çatan müqaviləni yeniləməyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

33 yaşlı Abbasov 2024-cü ilin yayından "Araz Naxçıvan"da oynayırdı.

“Araz-Naxçıvan” bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə də yolları ayırıb.