Məşhur futbolçu klubsuz qaldı

24.06.2026 18:26 16
Dünya futbolu
Edinson Kavani gözlənilən aqibətlə üzləşib. O, “Boka Xuniors”dan ayrılıb.

"Football-plus.az" xəbər verir ki, 39 yaşlı hücumçunun Argentina klubu ilə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Edinson zədələr səbəbindən bu il “Boka Xuniors”un 2 oyununda meydana çıxıb. Təcrübli futbolçunun hələlik karyerasını başa vurmaq haqda düşünmədiyi bildirilir.

Kavani “Boka Xuniors”da 2023-cü ildən çıxış edirdi. Uruqvay yığmasının sabiq oyunçusu Avropada “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted” və “Valensiya”da da oynayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul