"Visla"dan Krivotsyukla bağlı mühüm qərar

20.06.2022 17:21 2 350
Dünya futbolu
Anton Krivotsyukun “Visla Plotsk”dan ayrılması gözlənilsə də, 23 yaşlı futbolçu komanda birgə təlim-məşq toplanışına yollanıb.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Qnevino şəhərinə təlim-məşq toplanışına yollanıb.

Heyətdə yer alan 34 futbolçu arasında Krivotsyuk da var. Doqquz gün Qnevinoda qalacaq “Visla Plotsk” 3 yoxlama oyunu keçirəcək.