• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İspaniya mövsümünün reklamı olan qarşılaşma

Dünya futbolu

27-07-2022, 15:0

Bazar günü Las-Veqasda keçirilən klasikonun statusu ilə bağlı suala ən yaxşı cavabı Karlo Ançelotti vermişdi.

Ötən mövsümün zirvə adamı “Barselona”ya qarşı oyunlar heç vaxt yoldaşlıq oyunu olmur” demişdi ki, onun sözləri həqiqətdə yaxındı. Birincisi, başqa yoldaşlıq oyunları bu qədər səs-küy doğurmur. İkincisi, Amerika torpağında baş tutan derbiyə La Liqanın ağlasığmaz intriqa vəd edən yeni mövsümünün reklam çarxı kimi baxmaq olardı. “Barsa” bu yay qeyri-adi transfer kampaniyası aparır. Kluba yaxın insayderlərdən biri bunu hətta futbol simulyatorundakı oyuna bənzədir. “Real” isə nöqtəvi transferlər həyata keçirməyə çalışır və Kərim Benzemanın üzərinə düşən yükü azaltmağı planlaşdırır. Ançelotti Eden Azardan “yalançı 9 nömrə” kimi yararlanmaq fikrindədi. Baş məşqçi hətta komandası üçün transfer kampaniyasının bitdiyini, hər şeyin ideal olduğunu deyir. “Barsa”nın transfer siyasəti ilə bağlı onu da demək olar ki, klub hazırda görünməmiş dərəcədə səxavətli davranır, geninə-boluna pul xərcləyir. “Əl-Sədd”i çalışdırdığı dönəmdə İrana baş çəkdiyinə görə Amerika vizasına gec qovuşan, bu üzdən yalnız cümə axşamı komandanın düşərgəsinə qoşulan Xavinin əlinin altında indi bərabərgüclü iki heyət var. Adətən, belə hallarda baş məşqçilərin xoş başağrısı ilə üzləşməsindən danışırlar. Görünür, Xavi də eyni problemi yaşayacaq. Əlbəttə, zədələr də futbolun ayrılmaz hissəsidi. Məsələn, Ferran Torres elə ilk məşqdəcə yüngül zədə aldı. Ancaq baş məşqçinin cinah forvardlarının seçimində necə davranacağı çox maraqlıdı. Elə həmin Torreslə yanaşı, Ansu Fati, Usman Dembele və Rafinya da var! Meydanın mərkəzində də inanılmaz rəqabət yaşanacaq. Qavi, Pedri, Frank Kessye, Serxio Buskets, hələ ki getmək qərarı verməyən Frenki de Yonq... Klub Memfis Depayla yanaşı, ona da getməyi təklif edir. Ancaq uşaqlıqdan “Barsa” vurğunu olan yarımmüdafiəçi “Mançester Yunayted”ə keçmək variantına laqeyd yanaşır. Frenki klub rəhbərliyinin hazırda aldığı maaşın azaldılması təklifinə də razılıq vermir. İllik maaşı 17 milyon avro olan niderlandlı komandanın ən yüksək ödənişli oyunçusudu. Bir məqamı da xatırladaq ki, “Barsa”nın ona 20 milyon avro borcu da var. Əlbəttə, De Yonqun qalması da mümkündü. La Liqa oyunlarının teleyayın hüququnu 400 milyon avroya satmaq mümkün olsa, klub niderlandlını saxlaya bilər. Bu gün üçün ən optimal variant isə hər iki niderlandlının komandadan ayrılmasıdı. Belədə həm ən azı 100 milyon avro gələcək, həm də maaş tavanı aşağı düşəcək. Axı hələ Robert Levandovskinin transferini də qeydiyyatdan keçirmək lazımdı. Üstəlik “Barsa”nın qarşıdakı günlərdə Jül Kundenin transferini bitirəcəyi ilə bağlı da xəbərlər gəzir.

Benzemasız

Start heyətləri elan olunarkən gözə dəyən ilk məqam meydanda heç nə ilə yadda qalmayan Levandovskinin debütü yox, Benzemanın görünməməsi idi. Fransalının adı iştirak ərizəsinə salınmamışdı. Belədə Azar hücumun mərkəzində özünü göstərmək imkanı qazandı. Elə madridlilərin yarımmüdafiəsinin Kamavinqa, Çuameni və Valverden ibarət yenilənmiş versiyasını da ilk dəfə iş başında gördük. Məhz elə uruqvaylı oyundakı ilk təhlükəli vəziyyəti yaratdı, sadəcə, onun cərimə meydançası xaricindən vurduğu zərbə dirəyə dəydi. Kamavinqa isə az qala heç nədən komandasının qapısına qola səbəbkar olacaqdı. Həmin epizod Fatinin qeyri-dəqiq zərbəsi ilə boşa verildisə, “Barsa”nın aqressiv pressinqi bir neçə dəqiqədən sonra hesabın açılması ilə nəticələndi. Bugünlərdə “Real”dan müqaviləni yeniləmək təklifi alan Eder Militao təzyiq altında büdrədi ki, bu da Rafinyanın topu “9-luğ”a “sancması” üçün kifayət etdi. Bəlkə də qol bir qədər təsadüfi alındı. Ancaq oyunun axarına tam uyğun idi. Kataloniyalılar daha yaxşı oynayırdılar, Rafinya isə La Liqanın yeni mövsümünün ulduzu statusuna iddiasını ortaya qoydu. Braziliyalının qolu madridliləri ayıltdı, meydanda qığılcım qopdu və hissənin ortalarında bütün oyunçuların qatıldığı dava-dalaş düşdü. İkinci hissənin başlaması ilə kütləvi əvəzetmələr izlədik, ancaq bu məqam oyunun xarakterini qətiyyən dəyişmədi. “Barsa” həm topa nəzarət edirdi, həm də ərazi üstünlüyünə malik idi. “Real” ÇL-in son qalibi olduğunu göstərməyə çalışsa da, bacarmadı. Marko Asensio epizodların birində Lukas Vaskesin gözəl ötürməsini boşa verdi. Madridlilər daha çox Tibo Kurtuanın sayəsində sona qədər məğlubiyyətdən qaçmaq şansını qorudular. Belçikalı qapıçı təkbətək çıxan Kessyenin qarşısını aldı, eləcə də Dembelenin iti bucaq altından zərbəsinə reaksiya verdi. Mariano Dias isə hələ Benzema deyil. 90-cı dəqiqədə o da əlverişli imkanı qaçırdı. Martda olduğu kimi, bu dəfə də “Real” Benzemanın yoxluğunda kataloniyalılara “quru” hesabla uduzdu. Düzdü, bu, yoxlama oyunu idi. Ancaq Las-Veqasdakı qarşılaşmanı izləyənlər bundan sonra məhz “Barsa”nın üç həftədən sonra start götürəcək İspaniya çempionatının favoriti olduğunu düşünməyə başladılar.

Real – Barselona 0:1

“Real”: Kurtua, Lukas Vaskes (Odriosola, 71), Eder Militao (Valyexo, 62), Rüdiger (Mendi, 46), Alaba (Naço, 46), Valverde (Modriç, 46), Çuameni (Kroos, 46), Kamavinqa (Kazemiro, 46), Rodriqo (Sebalyos, 70), Vinisius Junior (M.Dias, 70), Azar (Asensio, 46).
“Barselona”: Ter Ştegen (İnyaki Penya, 62), Arauxo (Dest, 63), Erik Qarsiya, Kristensen (F. de Yonq, 46), Jordi Alba (Aleks Balde, 46), Qavi (Kessye, 46), Buskets (Niko Qonsales, 63), Pedri (Serxi Roberto, 63), Rafinya (Depay, 63), Levandovski (Obameyanq, 46), Ansu Fati (Dembele, 46).
Qol: Rafinya, 27.

Vərəqələr: Kristensen, 34. Jordi Alba, 43. Buskets, 54. Lukas Vaskes, 65. Kessye, 74 – sarı.

Hakim: Allatin (ABŞ).

24 iyul. Las-Veqas. “Allicant” stadionu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-05-2022, 12:0

Ançelotti Mbappenin transferi haqda danışdı

Dünya futbolu

1-05-2022, 20:0

Ançelotti futbol tarixinə düşdü

Dünya futbolu

10-07-2022, 11:0

“Barsa” “Real”la niyə Las-Veqasda oynasın ki?

Aktual
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
Son xəbərlər
  • Bu gün, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Bu gün, 18:26
    Birmingemdən Londona yollandı
  • Bu gün, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Bu gün, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Bu gün, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Bu gün, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Bu gün, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Bu gün, 14:41
    “Dinamo”da kimlər var?
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 175
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə