• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən yayın səs-küylü, lakin uğursuz keçidləri - YAZI

Yazarlar

24-06-2022, 21:0

Artıq bir neçə həftədi Avropada yay “transfer pəncərəsi” açılıb.

Futbolla az-çox maraqlananların təxminən üç ay davam edən prosesə diqqəti heç də az olmur. Bu dövrdə hansısa oyunçuya hansısa klubların maraq göstərməsi haqda iddia, ehtimal və şayiələr saya-hesaba gəlmir. Bir il əvvəlki “transfer pəncərəsi” həqiqətən də, olduqca maraqlı keçidlərlə yadda qalmışdı. Bircə o faktı xatırlatmaq kifayət edər ki, Lionel Messi kimi futbol ulduzu “Barselona”nın yeniyetmə yaşlarından daşıdığı göy-qırmızı forması ilə vidalaşmışdı! İndi argentinalı hücumçu və onun kimi ötən yayın səs-küylü, lakin uğursuz keçidləri ilə bağlı mülahizələr yürüdəcəyik.

Cek Qriliş

Hardan: Aston Villa
Hara: Mançester Siti
Keçid məbləği: 117,5 milyon avro
İllik maaşı: 15 milyon avro

Qrilişi ona görə ödənilən böyük məbləğin əsiri kimi qələmə vermək olar. Transfer məbləği ilə “Mançester Siti”də vurduğu qol və verdiyi ötürmə sayını müqayisə etsək, göz qabağına olduqca məyusedici mənzərə çıxacaq. Onun keçidi futbol tarixinə ən bahalı 7-ci transfer kimi düşmüşdü. Bu siyahıda Cekdən öndəki sıraları tutan Usman Dembele (140 milyon avro) ilə Filippe Koutinyo (135 milyon) da yeni komandalarına ilk mövsümdə çox da faydalı ola bilməmişdilər. Amma bu da vurğulanmalıdı: futbolçuları onlar üçün həddən artıq pul ödənilməsinə görə günahlandırmaq da lazım deyil. Çünki keçid prosesində son məbləği transfer bazarı və alıcının maliyyə imkanları diktə edir. İlk vaxtlar Qrilişin MS-də superulduza çevrilmək şansı yox idi. Sadəcə olaraq, ona görə ki, baş məşqçi Xosep Qvardiolanın oyun fəlsəfəsi komandada bir parlaq liderin mövcudluğunu inkar edir (təbii ki, Messili “Baselona” istisnadı).

“Siti” Cekə görə “Aston Villa”ya, demək olar ki, onun real dəyərindən iki dəfə çox kompensasiya ödəmişdi: qiymətlər sahəsində əvəzolunmaz sayılan “Transfermarkt” portalı hücumameyilli yarımmüdafiəçini 65 milyon avro dəyərləndirmişdi. Ancaq “Aston Villa” danışıqlar prosesində öz qiymətini diqtə etdi və “şəhərlilər”in tələb olunan məbləği ödəmək imkanı oldu. Keçid bu qədər sadə şəkildə reallaşdı. 26 yaşlı vingerin son mövsümdəki statistikası isə tam başqa mənzərədən xəbər verir: o, premyer-liqada mavi formada meydana çıxdığı 26 matçda yeni komandasına 3 qol və bir o qədər məhsuldar ötürmə ilə faydalı ola bilib. Halbuki əvvəlki komandasında son mövsümü eyni sayda oyunda “6+12”lik göstərici ilə başa vurmuşdu. Doğrudu, MS-nin tarixinə ən dəyərli oyunçu kimi düşən Cek ölkə çempionluğunun qazanılmasında az-çox rol oynayıb. Amma onun göstəricilərini hücum xəttinin digər üzvləri – Kevin De Bruyne, Fil Foden və Bernardo Silva ilə müqayisə etmək belə lazım deyil. Bununla belə, çalışdırıcının Qrilişə ciddi iradı yoxdu. Axı Qvardiola üçün futbolçunun qiyməti jurnalistlər və azarkeşlər qədər əhəmiyyətli məsələ sayılmır.

Romelu Lukaku

Hardan: İnter
Hara: Çelsi
Keçid məbləği: 113 milyon avro
İllik maaşı: 12 milyon avro
Lukakunun “Çelsi”yə ikinci gəlişi (o, londonluların sıralarına ilk dəfə 2011-ci ilin yayında “Anderlext”dən qoşulmuş, 2012/13 mövsümünü icarə əsasında “Vest Bromviç”də, sonrakı bir ili isə “Everton”da keçirmişdi) ilk səfəri ilə müqayisədə heç də uğurlu alınmadı: Çempionlar Liqasında 2 (hər ikisini “Zenit”lə matçlarda vurub), premyer-liqada isə 8 qol. Paytaxt klubu Romelunu əsla belə statistika üçün təkrar geri qaytarmamış, belçikalıya görə tarixinin rekord məbləğdə təzminatına qatlaşmamışdı. Bahalı hücumçu son mövsümün gedişində əsas heyətdəki yerini itirdi. İngiltərə çempionatında yalnız 16 oyunda start “11-liy”ində meydana çıxmaq şansı oldu. Romelunun “İnter”ə böyük sevgisini və “Çelsi”yə keçidinə görə təəssüfünü etiraf etdiyi qalmaqallı müsahibəsi onun “göylər”in sıralarındakı vəziyyətini yalnız ağırlaşdırmağa xidmət etdi.

İri cüssəli forvard mövsüm ərzində Tomas Tuxelə o qədər də gərək olmadı. Rəhbərlik artıq mövsüm sona çatmamış ondan qurtulmağın yollarını axtarmaya başlamışdı. Bu yerdə Lukakunun dadına sabiq klubu çatmağa çalışırdı. İtaliya klubu onun transfer hüququna birdəfəlik sahib çıxmaq iqtidarında deyil. Buna görə Romelunu bir və ya iki mövsümlüyə icarəyə götürmək təklifi ilə çıxış etmişdi.

Yeri gəlmişkən, son xəbərlərdə klubların keçidlə bağlı danışıqlarda razılığa gəldikləri bildirilir. 29 yaşlı forvard növbəti mövsümü “İnter”də keçirəcək. Milan klubu onun icarəsinə görə yalnız 8 milyon avro ödəyəcək. Doğrudu, lombardiyalıların xərcləri arta bilər. Ona görə ki, razılaşdırılan müqavilənin şərtlərinə görə, Lukakunun çıxışından və qazanacağı uğurlardan asılı olaraq londonluların xəzinəsinə 4 milyon avroya qədər bonusların da daxil olması mümkündü. Jurnalist Fabritsio Romanonun bildirdiyinə görə, futbolçu gələn həftə tibbi müayinədən keçmək üçün Milana yollanacaq. Romelunun sıralarında 2020/21 mövsümündə İtaliya çempionu olduğu “İnter”ə dönmək naminə illik maaşının 12 milyon avrodan 8 milyona qədər azaldılmasına razılaşdığı da məlumdu. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

Canluici Donnarumma

Hardan: Milan
Hara: PSJ
Keçid məbləği: azad agent
İllik maaşı: 13 milyon avro
Bu il dünyasını dəyişən məşhur agent Mino Rayola məştəriləri üçün cəlbedici şərtlərə nail olmağı əla bacarırdı. Əlbəttə, keçidlər zamanı öz cibini də yaxşıca doldura bilirdi. Yetirməsi olduğu “Milan”la müqaviləsini yeniləmək istəməyən Donnarumma PSJ-də məhz onun sayəsində dünyanın ən yüksək ödənişli qapıçılarından birinə çevrildi. Doğrudu, Fransanın vergi qanunlarına əsasən, onun illik gəlirlərinin təxminən yarısı dövlət xəzinəsinə daxil olur.

23 yaşlı Canluicinin PSJ-yə gəlişi komandada qapıçı ikihakimiyyətliliyinə şərait yaratdı. İşləri tamamilə qaydasında olan 35 yaşlı Keylor Navas “çərçivə”dəki yerini asanlıqla vermək niyyətində olmadı. Bu problemi baş məşqçi ədalətli şəkildə həll etdi: Maurisio Poçettino hər iki qapıçının xidmətindən bərabər səviyyədə yararlanmağı lazım bildi. italiyalı Donnarumma mövsüm ərzində bütün turnirlərdə 23, kosta rikalı Navas isə 26 oyunda iştirak edib. Əlcək sahiblərinin statistikası da bir-birinə yaxındı: hər ikisi qapıya istiqamətlənən zərbələrin 77 faizini dəf edib, Canluici 9, Keylor isə 10 oyunda qapını toxunulmaz saxlaya bilib. İtaliya yığması ilə AÇ-2020-nin qalibi və bu turnirin ən yaxşı oyunçusu olan Donnarumma hər oyuna orta hesabla 1 top buraxıb. PSJ-yə 2019-cu ildə “Real”dan gələn Navasda isə bu planda göstərici 0,92-yə bərabər olub. Bu yerdə ortaya təbii sual çıxır: sərəncamında əla qapıçı varsa, ikinci yüksək səviyyəli “çərçivə” qoruyucusunu niyə gətirirsən?

Amma bu yerdə Canluici ilə bağlı bir epizodu da xatırlamalıyıq. PSJ üçün mövsümün ən vacib oyunlarından biri məhz onun yol verdiyi səhv nəticəsində uduzuldu. Bəli, Çempionlar Liqasının 1/8 finalının “Real”la cavab görüşündəki 1:3 hesablı məğlubiyyət parislilərin ilk matçdakı minimalhesablı qələbəsinə kölgə saldı. PSJ bu dəfə də qitənin ən nüfuzlu klub yarışında qalib ola bilmədi...

Canluici Qriliş və Lukaku ilə müqayisədə yeni komandasında heç də böyük uğursuzluğa düçar olmadı. Ancaq bu da var ki, PSJ-nin Fransa çempionatında total dominantlığı fonunda hətta ÇL-in 2018-ci ilin “Real”la finalında iki kobud səhv edən Loris Karius da Parisdə uğursuz qapıçı ola bilməzdi. Amma fakt budu ki, Donnarumma komandası üçün ən vacib turnirdə Benzema ilə mübarizədən məğlub çıxmaqla mövsümün daha parlaq alınmasına mane oldu.

(davamı olacaq)

RAMİL YUSUFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-05-2022, 15:0

“Mançester Siti” “İnter”in müdafiəçisi transfer edə bilər

Dünya futbolu

4-04-2022, 15:0

Yay “transfer pəncərəsi”nin müddəti müəyyənləşdi

Dünya futbolu

16-06-2022, 23:0

"Mançester Siti" "Barselona"nın sabiq futbolçusunu transfer edir

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Daha çox
Oxunub: 710
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 245
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 151
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə