• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Böyük pullar futbolu hara aparır – tərəqqiyə, yoxsa deqradasiyaya? - YAZI

Yazarlar

24-06-2022, 20:0

Dünya futbolunda çoxmilyonluq müqavilələr artıq adi işə çevrilib: futbolçular onlara daha çox pul ödəniləcək yerlərə gedirlər və ya klublarından yeni, daha sərfəli müqavilə təklifləri alırlar.

Bu yayın ən çox müzakirə olunan transferi ...baş tutmadı. Təbii ki, söhbət “Real”a keçidi gözlənilən Kilian Mbappenin son anda PSJ-də qalmaq qərarı verməsindən gedir. İspaniya klubunun prezidenti Florentino Peres onun arzularına xəyanət etdiyini deyir, Mbappe özü qəfil dilə gəlib deyir ki, ümumiyyətlə, “Real”a keçəcəyinə söz verməyib, İspaniya La Liqasının rəhbərliyi isə PSJ-ni məhkəməyə verməyə hazırlaşır.

Futbol böyük pullar olmadan inkişaf edə bilməz. Və aydındı ki, PSJ-nin sahiblərinin malik olduğu vəsait bu idman növünü irəli apara bilər. Ancaq belə çoxmilyonluq müqavilələrin tərs tərəfi də var.

Sadiqlik aradan qalxır

Lap yaxınlara qədər doğma kluba sadiqlik futbolda adi anlayışlardan sayılırdı. Uelsli Rayan Giqqz ömürboyu “Mançester Yunayted”də oynadı, əfsanəvi ingilislər – Con Terri və Frenk Lempard karyerasının böyük hissəsində “Çelsi”yə, Stiven Cerrard isə “Liverpul”a sadiq olub. Yalnız Terri, Lempard və Cerrardın futbol karyerasının sonunda vəziyyət elə alındı ki, onlar sonluğu başqa klublarda keçirməli oldular. Eyni söz “Real”ın əfsanəsi Raul Qonsalesə və karyerasının zirvəsi ötən onilliyə təsadüf edən bir çox başqa futbolçuya da aiddi.

Ancaq bu gün, yəni 2022-də gerçəkdən sadiq oyunçular o qədər də çox deyil. İndi artıq transfer xəbərlərində çox tez-tez futbolçuların “bu kluba sadiqəm, onu özümə ikinci ev sayıram, qalmağa hazıram” kimi ifadələrinə rast gəlmək olar. Sadəcə, belə xəbərlərin böyük əksəriyyəti ehtiyatlı ifadə ilə bitir:

“Ancaq klub tələblərimə qarşılıq vermədi, getməli oldum”. Bu ifadə, demək olar ki, həmişə bu mənanı verir: “yeni müqavilədə mənə aşağı maaş təklif etdilər, odu ki, daha çox pul verəcəkləri yerə gedirəm”.


Lionel Messi ilə bağlı vəziyyət, onun “Barselona”dan PSJ-yə keçidi nadir istisnalardandı. Leo İspaniya La Liqasının maliyyə qaydalarının girovuna çevrildi, onun Kataloniya paytaxtını tərk etməsi qaçılmaz oldu.

Mbappe dönəmi

Futbol dünyası hələ də Kilian Mbappenin davranışını müzakirə edir. Müasir dövrün ən istedadlı gənclərindən olan fransalı heç vaxt 2017-dən bəri şərəfini qoruduğu PSJ-yə sadiqlik andı içməyib. Ancaq onun dilindən başqa maraqlı etiraflar, məsələn, “Real”a sevgi etirafı eşitmişik.

Mbappe 2021-in yayında dəfələrlə bəyan etdi ki, “Real”ın futbolkasını geymək uşaqlıq arzusudu, “qalaktikos”un düşərgəsinə keçid karyerasında ən vacib nailiyyətlərdən biri olacaq. 2021/22 mövsümü ərəfəsində Mbappenin transferini gerçəkləşdirmək alınmayanda hər kəsə aydın oldu ki, o, ən azı 2022-nin yayına qədər gözləməlidi. Axı qış “transfer pəncərəsi”ndə nadir hallarda belə səs-küylü transferlər həyata keçirilir.

Mbappe işə peşəkar yanaşma ilə hamını təəccübləndirdi: PSJ-nin heyətində keçirdiyi hər oyunda meydanda can qoydu, hərçənd hər kəs anlayırdk ki, o, Parisdə son aylarını keçirir, irəlidə uşaqlığının sevimli klubuna keçəcək. Ancaq bu məqam onu təzyiq altında saxlamadı: forvard 2021/22 mövsümündə növbəti dəfə fantastik məhsuldarlıq göstərdi. PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda vurduğu 39 qol komandanın mövsümü çempion kimi bitirməsində önəmli rol oynadı.

Hər kəs nəfəsini dərib, bir il əvvəldən anons olunan transferi gözləyirdi. Gənc istedad “Real”a azad agent kimi keçməliydi, yəni PSJ əsas ulduzunun gedişinə görə qəpik də qazanmayacaqdı. Ancaq Mbeppe Madridi pula satdı və PSJ ilə müqaviləsini 2025-ə qədər uzatdı.

Kilian yeni müqaviləyə əsasən vergilər çıxılandan sonra ildə 57 milyon avro qazanacaq. 23 yaşlı forvard üç il ərzində bonus kimi də 300 milyon avro qazana bilər. Xəyanət və arzularını pula satmaq ilə bağlı saysız-hesabsız ittihamlara Mbappe belə cavab verir ki, “Real”a heç nə vəd etməyibmiş, bu kluba hörmət edir və bundan artıq heç nə. Ancaq tarix hər şeyi yaxşı xatırlayır. Və Madrid bir daha fransalıya qucaq açmayacaq – nə PSJ ilə müqavilə müddəti bitəndən sonra, nə də heç vaxt.

La Liqa əmindi ki, bir futbolçunun belə yüksək maaş məbləği UEFA-nın müəyyənləşdirdiyi “maliyyə feyr-pleyi” qaydasına ziddi. İspaniya liqasının təmsilçiləri PSJ-yə qarşı məhkəmə iddiasına hazırlaşırlar. Paris klubu üçün ən ağır cəza Mbappenin çoxmilyonluq müqaviləsinin ləğvi ola bilər.

Hələ ki belə hadisə baş verməyib və Kilian dünyanın ən yüksək ödənişli futbolçusudu, komandasına Çempionlar Liqasını qazanmağa yardım etməyə hazırlaşır. ÇL-də qələbə və Avropanın ən yaxşı komandası statusu – Fransa klubunun ağlasığmaz pullar xərcləməklə çatmaq istədiyi hədəf budu. Belə nəhəng xərclər özünü doğruldacaqmı və PSJ-ni “maliyyə feyr-pley”ini pozmağa görə mühakimə etməyəcəklər ki – bunu zaman göstərəcək.

Çempionlar Liqasında son illərin nəticələrinə söykənsək, çoxmilyonluq pul qoyuluşları hələ ki çoxəsrlik ənənələrə uduzur. Ancaq onu da etiraf etmək lazımdı ki, bu mübarizə hələ yeni başlayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-03-2022, 15:0

Mbappe gələn həftə “Real”la müqavilə bağlayacaq

Dünya futbolu

6-04-2022, 16:0

Mbappe səhv etmək istəmir

Dünya futbolu

15-03-2022, 16:0

Mbappe “Real”la yanvarın 30-da müqavilə bağlayıb?

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
Daha çox
Oxunub: 710
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 246
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 151
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə