“Mançester Siti” “İnter”in müdafiəçisi transfer edə bilər

18.05.2022 15:27 423
Dünya futbolu
“Mançester Siti” “İnter”in müdafiəçisi Alessandro Bastonini transfer etmək niyyətindədi.

"Football-plus.az" xəbər verir ki, “şəhərlilər”in bu keçid üçün ilk cəhdi uğursuz alınıb.

Premyer Liqanın lideri 23 yaşlı oyunçu müqabilində italiyalılara 60 milyon avro təklif edib. Lakin “neradzurra” məsələni müzakirəyə çıxarmadan rədd cavabı verib. “İnter” oyunçusunu saxlamaq fikrindədir. Ancaq ingilislərin məbləği artırması rəhbərliyin qərarını dəyişə bilər.

Qeyd edək ki, Alessandro Bastoni 2017-ci ildən “İnter”in formasını geyinir.