• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Samir Abasov rəhbərliyi vədləri yerinə yetirməməkdə qınayıb

Ölkə futbolu / Manşet

14-06-2022, 13:0

İyunun 8-də “Neftçi”nin Müşahidə Şurasının iclasının keçirildiyindən, qəbul olunan qərarlardan xəbəriniz var.

Qısaca bildirək ki, Fərhad Bədəlbəylinin qatılmadığı toplantında şura üzvləri Samir Abasov və köməkçiləriylə yolları ayırmağı lazım bildi. Əvəzində iki əcnəbi mütəxəssis - Yuri Vernidub və Viktor Qonçarenko ilə danışıqların davam etdirilməsi, iyunun 14-nə təyin olunan iclasda ikisindən birinin namizədliyinin təsdiqlənməsi ilə bağlı qərar qəbul edildi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, 3 saatdan artıq çəkən iclasdan sonra maraqlı hadisələr yaşanıb. Daha dəqiq desək, Samir Abasov Müşahidə Şurasının bəzi üzvləri ilə əlaqə saxlayıb.

Samir Abasovun etirazı

Toplantıdan sonra klub televiziyasına açıqlama verən klubun mətbuat katibi Rüstəm Allahverdiyev Samir bəyin istefaya göndərilməsinə toxunarkən, ölkə kubokunu qazanmaq hədəfinin öhdəsindən gəlmədiyini və futbolçu transferləri ilə bağlı işi həyata keçirməyi bacarmadığını vurğulayıb. Və hər şey də bundan sonra başlayıb. Mənbəmizin sözlərinə görə, klub televiziyasında gedən açıqlamadan əsəbləşən Abasov rəsmilərə zəng vuraraq “mənim qarşıma kim ölkə kubokunu qazanmaq hədəfi qoyub”, - deyə soruşub. “Neftçi”nin sabiq baş məşqçisi xüsusən də Səməd Qurbanova əsəbləşib. Abasov “taleyim həll olunan iclasa niyə dəvət olunmamışam, niyə mənim fikirlərim dinlənilmir” sualını verib. Ancaq heç kim onun bu sualına doğru-dürüst cavab verə bilməyib. Abasovun qəzəbləndiyini görən, toplantıda “ölkə kubokunu qazana bilmədi və ona görə işindən ayrılsın” fikirlərinin müəllifi olan Səməd bəy o gündən sonra telefonunu bağlayıb, nə mütəxəssisin, nə də media nümayəndələrinin zənglərinə cavab verir.

Abasovu özündən çıxaran daha bir məqam

Müşahidə Şurasının iclasında səslənən “futbolçu transferləri ilə bağlı işi həyata keçirməyi bacarmayıb” fikirləri də 44 yaşlı mütəxəssisi özündən çıxarıb. Mənbəmizin sözlərinə görə, 8 ildən sonra “Neftçi”yə çempionluq sevinci yaşadan baş məşqçi yaxın ətrafına “əsas komandanın büdcəsi 4 milyon olduğu halda, bir ildə kluba 2 milyon manatdan çox vəsait qazandırdım. Ancaq həmin maliyyəni yeni oyunçuların transferinə xərcləmədilər” söyləyərək, klub rəhbərliyini ictimaiyyətə yanlış məlumat verməkdə ittiham edib. O konkret Mamadu Kanenin satışından 680 min avro (1milyon 360 min manat), Anton Krivotsyukdan 70 min avro (140 min manat), Namik Ələskərovun keçidindən 50 min avro (100 min manat), Sabir Buqrindən isə 300 min avro (600 min manat) klubun büdcəsinə daxil olduğunu buldirib. Onu da əlavə edib ki, həmin məbləğdən yeni oyunçuların transfer olunmasını istəsə də, klub rəhbərliyi bu istəyi yerinə yetirməyib.

Abasov avrokubokları da yada salıb

Müşahidə Şurasının toplantısı baş tutan günün axşamı yaxın çevrəsi ilə qərarları müzakirə edən Samir bəy ötən yay başverənlərə də toxunub. Mənbəmizin sözlərinə görə, həmin ərəfədə düşərgədə cəmi 12 oyunçu olub və klub rəhbərliyi, daha dəqiq desək, Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov komandanın vəziyyətindən xəbərdar olduğunu, baş məşqçiyə heç olmasa, bir mərhələ keçməyin zəruriliyini, bundan artığını gözləmədiyini bildirib. Abasov da Qəhrəmanovla görüşdə Kaxaber Sxadadzenin çalışdırdığı komandanı keçəcəklərinə söz verib. Daha artığı üçün komandaya yeni transferlərin edilməsinin vacibliyini xatırladıb. Baş məşqçi vədini tutub, yarımcan heyətlə Tiflis “Dinamo”sunu mübarizədən kənarlaşdırıb. Ancaq növbəti mərhələr üçün klub rəhbərliyi PRO kateqoriyalı mütəxəssisin istəyini yerinə yetirməyib və ona bidirilib ki, yeni transferlər üçün cəmi 400 min manat ayrılıb. İstəsə, onu 1, istəsə, 4 futbolçuya xərcləyə bilər. Rəsmilərin bu addımı, heç şübhəsiz, baş məşqçini narazı salıb və onunla rəhbərlik arasında soyuqluq yaranıb.

Qəhrəmanovla görüşmək istəyən mütəxəssis

Mənbəmizin bizə ötürdüyü bilgiyə əsasən, Samir Abasov Müşahidə Şurasının iyunun 8-də keçirilən iclasından sonra Zaur Qəhrəmanovla əlaqə saxlayaraq, görüşmək istədiyini bildirib. Zaur bəy ona onlayn danışa, bütün qaranlıq məqamlara aydınlıq gətirə biləcəklərini deyib. Ancaq “Neftçi”nin yolları ayırdığı baş məşqçi virtual söhbətə razılaşmadığını, üzbəüz görüşdə bəzi məsələləri müzakirə etmək istədiyini bildirib ki, Qəhrəmanov onunla razılaşıb. Və Samir bəyə yaxın günlərdə Bakıda görüşə biləcəklərini söyləyib. Mənbəmizin sözlərinə inansaq, Abasovun görüş tələbində israrlı olmasının səbəbi var. Samir bəy elə düşünür ki, onunla bağlı Qəhrəmanova düzgün olmayan məlumatlar verilib və məhz buna görə də Zaur bəy 44 yaşlı mütəxəssislə yeni müqavilə bağlanmasına razılıq verməyib.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

8-06-2022, 19:0

"Neftçi" Samir Abasovla yolları ayırdı

Ölkə futbolu / Manşet

12-06-2022, 14:0

“Biz istəyimizə çatdıq, Samir Abasov yox”

Ölkə futbolu / Manşet

12-06-2022, 14:0

“Guya Qoncarenko ilə Vernidub gəlib "Qarabağ" səviyyəsində komanda yaradacaq?”

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Dünən, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 156
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 153
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə