• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bugünkü yığmada lider yoxluğu özünü qabarıq göstərir”

Ölkə futbolu / Manşet

12-06-2022, 17:0

“Səbail” rəhbərliyinin Aftandil Hacıyevlə yanaşı, köməkçilərini də istefaya göndərdiyi məlumdu.

Fərhad Vəliyevin artıq “Zirə”nin məşqçilər korpusunda yer alacağı bilsinsə də, Vüqar Məmmədlə Emin Ağayev hazırda “havadadı”. Onların taleyi necə olacaq? Bu suala cavab tapmaq üçün dünən Emin bəylə danışmaq qərarına gəldik. Söhbət əsnasında bizi maraqlandıran başqa sullara da cavab tapmağa çalışdıq.

- Emin bəy, salam, necəsiz?

- Çox sağ olun, yaxşı olasız.

- İstirahət necə keçir?

- Olmaz belə istirahətdən (gülür). Mövsüm başa çatandan sonra Moskvaya yollandım. Orda olduğum vaxt mətbuat vasitəsilə xəbər tutdum ki, klub rəhbərliyi bizi istefaya yollayıb. Çox qəribə bir hal yaşandı...

- Rəhbərliyin istefa qərarı sizə qəribə gəldi?

- Əlbəttə. Son tur ərəfəsində danışıqlar fərqli olmuşdu. İstefaya göndəriləcəyimiz barədə heç bir mesaj yox idi. Əksinə, danışıqlardan sonra, baş məşqçi başda olmaqla, yolumuza davam edəcəyimizi düşünürdük. Açığı, nə futbol oynadığım, nə də məşqçi işlədiyim dönəmdə belə absurd qərar görməmişdim deyə, mənim üçün gözlənilməz oldu. Artıq nə deyim?!

- Hər halda, deməyə sözünüz olmalıdı...

- Bu günlərdə “azerisport.az” saytına yüngülvari açıqlama vermişəm. Ancaq sizin sualları geniş cavablandırıram. Hələ heç nə demək istəmirəm. Ola bilsin, hansısa klub məşqçi kimi xidmətimdə maraqlı olar. Belə deyim, təkliflərə açığam (gülür).

- İndi Bakıda, yoxsa Moskvadasız?

- Hazırda Bakıdayam. Gəlmişəm evdə və bağda qalan əşyalarımı aparım. Yəni çemodanlarımı yığıram.

- Bir ara “Sumqayıt”da Aleksey Baqanın köməkçisi olcağınızla bağlı söz-söhbət yayılmışdı...

- Bəli, siz deyən kimi, bunlar söz-söhbətdi. Reallıqda isə belə bir şey yoxdu. Mənimlə heç kim bu haqda nə danışıb, nə də “Sumqayıt”dan təklif gəlib. Mediada yazılanlar şayiədi ki, bunu biləsiz.

- Oğlunuz da futbolçudu. Hazırda hansı klubda çıxış edir?

- Ötən dəfə sizinlə danışanda “Stroqino”nun şərəfini qoruyurdu. Ondan sonra Moskvaətrafını təmsil edən “Orexovo-Zuyevo”nun formasını geydi. İndi isə Mahaçqala “Dinamo”sunda baxışdadı.

- Nə üçün onun Azərbaycan klublarının birinə keçidinə yardımçı olmadız?

- Rafaelin hazırda 23 yaşı var. Vaxtilə onu U-21-ə çağırmalarını məsləhət bilmişdim. Təəssüf ki, yığma məşqçiləri dəvət etmədi. Onu gənclər yığmasına dəvət etmədilərsə, mən nə edə bilərəm? Kimə zorla “Rafael mənim övladımdı, ona da baxın” deməliyəm?

- Nə vaxta kimi Azərbaycanda qalmağı düşünürsüz?

- Burda tək qalmaq mənim üçün çətindi. Bir qədər də gözləyəcəm, təklif olmasa, Rusiyaya qayıdacam.

- Rusiyada iş təklifi var?

- Hələ ki yoxdu. Ancaq Bakıda tək almaq mənim üçün çətindi. Orda heç olmasa, ailəmin yanında olacam. Bu artıq müsbət məqamdı (gülür).

- Bir qədər də yığma barədə danışaq.

- Hansı yığma?

- Ölkənin əsas komandası barədə... Sualı səhv başa düşdüz, yoxsa bu ironiya idi?

- Sualı düz başa düşdüm. Sadəcə, yığma barədə danışmaq çətindi.

- Yəqin ki, istər Qazaxıstan, istərsə də Belarusla oyunu izləmisiz...

- Bəli.

- Bu iki görüş barədə fikirlərinizi bilmək istərdik

- Nə deyim? Hər iki qarşılaşmanı izlədim. Qazaxıstanla oyunun birinci hissəsindən sonra düşünürdüm ki, asanlıqla 3 xalı götürəcəyik. Ancaq ikinci yarıda hər şey əksinə oldu və meydan sahibləri çox əziyyət çəkmədən iki qol vurub qələbə qazandı. Belarusla qarşılaşmaya gəlincə, hər iki komanda qorxaq oyunla yadda qaldı. Maraqsız, məzmunsuz, “təki qapımda qol görməyim” deyə fikirləşən iki millinin oyunu oldu.

- Sizin vaxtınızda da yığma uğurlu nəticələrlə yadda qalmayıb. Ancaq nədənsə azarkeşlər sizin dönəmin komandası ilə indikini müqayisə edəndə həmin yığmanı sevə-sevə yada salır. Sizcə, bu nədən irəli gəlir?

- Bizim vaxtımızda yığmaya indiki kimi diqqət yetirilmirdi. Nə infrastruktur, nə də maliyyə baxımından indiki illə bizim vaxtımızı müqayisə etmək olar. Bizə yaradılan şərait hara, indiki hara? Bilirsiz, fərq nədədi?

- Nədə?

- O dönəmdə yığmanın şərəfini qoruyan uşaqlarda xarakter var idi. Söhbət idman xarakterindən gedir. Biz uduzsaq da, asan təslim olmurduq. İndi isə vəziyyət fərqlidi. Komandada ruh yoxdu, bu futbolçular yığmanın nə olduğunu, onun formasını daşımağın mənasını başa düşmürlər. Fərq bundadı. Ola bilsin, ustalıq səviyyəsi baxımından mən və ya başqa komanda yoldaşım rəqibdən geri qalırdıq, ancaq istər istək, istərsə də əzmkarlıq baxımından onlardan üstün idik. İndikilərə desələr ki, öz hesabınıza millinin düşərgəsinə gəlib qayıdacaqsız, məsrəfləri özünüz qarşılayacaqsız, heç biri buna razılaşmaz. Ancaq mənim dönəmimdə yığmanın şərəfini qoruyan və legioner həyatı yaşayanlar bunu edirdik və qürur hissi duyurduq ki, ölkənin əsas komandasına dəvət almışıq. Klubdakı yoldaşlarım bilmirdi və biz də bildirmirdik ki, hansı şərtlərlə yığmaya yollanırıq. Budu əsas fərq.

- Sizin vaxtınızda yığmada legioner həyatı yaşayan futbolçuların sayı da çox idi...

- Bu da xarakterdən irəli gəlirdi. Mən “Neftçi”də oynadığım dönəmdə ölkənin ən ödənişli futbolçularından biri sayılırdım. Sol cinah müdafiəçisi olmağıma baxmayaraq, hər iki ayağım işlək idi. Ancaq karyera baxımından inkişaf istəyirdim. Və bu səbəbdən Rusiyaya yollandım, pis-yaxşı legioner həyatı yaşadım. İndi yığmada oynayanlardan yalnız Mahir Emreli və Namik Ələskərov ölkə xaricində çıxış edir. Şərt deyil ki, sən legioner həyatı yaşadığın ölkənin ən yaxşı komandasında çıxış edən, mükafatlar uğrunda mübarizə aparan komandanın üzvü olasan. Əsas heç nədən çəkinmədən özünü başqa ölkədə yoxlamaq və inkişaf etməkdi. Komandan zəif ola bilər, ancaq sən beynəlxalq təcrübəyə yiyələnirsən, fərqli futbol mədəniyyətləri ilə tanış olursan. Bir də bugünkü yığmada lider yoxluğu özünü qabarıq göstərir. Tutaq ki, baş məşqçi bizə yad olaraq fərqli düşünür, istədiyin sistemi, taktikanı tətbiq etmir. Bəs lider olmağa, komandanı arxasınca aparmağa nə deyirsən? Bu milli sənindi axı, sən bu ölkənin vətəndaşısan...

- Bu gün yığma qrup favoriti kimi göstərilən (müsahibə Slovakiya ilə oyuna bir neçə saat qalmış götürülüb – R.) Slovakiya ilə “doğma divarlar” arasında qarşılaşacaq. Oyundan nə gözləyirsiz?

- Heç nə...

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

26-05-2022, 13:0

“Bu həftə namizədlərdən biri ilə razılığa gəlməyi düşünürük” - MÜSAHİBƏ

Ölkə futbolu

14-04-2022, 19:0

Emin Ağayev “Səbail”dən ayrılır? - AÇIQLAMA

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Dünən, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 156
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 153
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə