• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Maksim Medvedev yığma karyerasını bitirir - MÜSAHİBƏ

Ölkə futbolu

4-06-2022, 16:0

Maksim Medvedev - “Qarabağ”ın və milli komandanın kapitanı haqda çox danışmağa ehtiyac yoxdu.

Uzun illərdi ölkə futbolunda əziyyət çəkir. Müxtəlif vaxtlarda möhtəşəm çıxışı ilə yadda qalıb. Düzdü, bəzən olub ki, ictimaiyyət, azarkeşlər onu qınayıb. Lakin Maksim həm millidə, həm də “Qarabağ”da ən yaxşılar sırasında olub. Son mövsümdə də özünü yaxşı tərəfdən göstərdi. Konfrans Liqasında, premyer-liqada və kubokda ümumilikdə 36 matçda meydana çıxdı. Bu görüşlərdə 1 qol vurdu, 1 məhsuldar ötürmə etdi. Görünən budu ki, Maksim hələ də “Qarabağ”ın vazkeçilməzlərindədi.

Həm premyer-liqanın, həm də kubokun mükafatlandırma mərasimində müdafiəçi həddən artıq sevincli idi. Görəsən, bunun səbəbi nədi? Bəlkə Medvedev karyerasını bitirir? Suallarımız çoxdu, cavablar isə bəlli deyil. Qaranlıq məsələlərə aydınlıq gətirməsi üçün Maksimlə əlaqə saxladıq.

- Birillik fasilədən sonra, sona 3 tur qalmış çempion olduz. Azərbaycan kubokunda da qələbə qazandız. Uzun müddət idi “qızıl dubl” edə bilmirdiz. Nələr hiss edirsən?

- Çempionluq hamıya nəsib olmur. Bu mənim 8-ci belə sevincimdi. Ötən il bunu bacarmadıq. Bu səbəbdən də bütün enerjimizi sərf etdik ki, hərtərəfli tarix yazaq. Konfrans Liqasında uğurlu çıxış etdik, həm çempion, həm də kubokun qalibi olduq. Çalışacağıq ki, Çempionlar Liqasında da uğur əldə edək. Hələ ki karyeramı davam etdirirəm. Bundan sonra da çalışacağıq ki, hər il çempion olaq.

- Ötən il “qızıl oyun”da “Neftçi”yə məğlub olandan sonra həm Qara, həm də sən çox üzgün görünürdüz. Bu mövsüm sanki həmin uğursuzluğun acığını çıxırdız...

- Biz heç vaxt, heç kimdən acıq çıxmırıq. Sadəcə, öz yolumuzu gedirik. Yüksəyə tullanmaq istəyirsizsə, bir az oturmaq lazımdı. Bizdə də belə oldu.
Düzdü, həmin görüşdə uduzaraq gümüş medal qazandıq. Amma Konfrans Liqasında tarix yazdıq. Yəni Allah nəyisə alanda daha yaxşısını verir. Bu il çempion, kubokun qalibi olduq. Hələ qarşıda Çempionlar Liqasının oyunları var. Düşünürəm ki, bu turnirdə də yaxşı nəticələr əldə edib, azarkeşlərimizi, Azərbaycan xalqını sevindirəcəyik.

- Bir çoxları düşünür ki, hazırkı “Qarabağ”ın heyəti Çempionlar Liqasına vəsiqə qazandığı dövrdəkindən güclüdü. Sən həm o, həm də bu komandada var idin. Müqayisə etsək, hansı daha güclüdü?

- Yaxşı komandamız var. Bütün futbolçuların potensialı yüksəkdi. Hiss edirəm ki, bu komanda ilə daha yaxşı nəticələr əldə edə bilərik. Bütün uğurları qazanmağa cəhd edəcəyik. Ümid edirəm ki, daha yaxşı nəticələrə imza atacağıq.

- Belə başa düşdüm ki, rəhbərlik, baş məşqçi qarşınıza hədəf qoymasa da, özünüz Çempionlar Liqasının qrupuna düşmək haqda düşünürsüz...

- Hər futbolçunun fərqli arzusu olur. Lakin komanda olaraq qarşımıza məqsəd qoymuşuq ki, Çempionlar Liqasının qrupuna vəsiqə qazanaq. Ümid edirik ki, bunu bacaracağıq. Bu istək var bizdə. Arzularımızın arxasınca getməliyik. Daim işləyib, əziyyət çəkib məqsədlərimizə çatmalıyıq. Baş məşqçinin tapşırıqlarına qulaq asmalıyıq. Rejimi pozmamalıyıq. Hər şeyi vaxtı-vaxtında, yerində etməliyik.

- “Futbol+”ə müsahibələrinin birində qeyd etmişdin ki, dünya çempionatının seçmə mərhələsi bəlkə də sənin üçün sonuncu olacaq. Millətlər Liqasının oyunlarından sonra milli karyeranı bitirmək haqda düşünürsən?

- Belə görünür ki, bu, yığmada sonuncu ilimdi. Çünki fiziki cəhətdən çətinlik çəkirəm. İki “cəbhə”də mübarizə aparmaq mənim üçün ağırdı. Bütün fikrimi “Qarabağ”a yönəltmək istəyirəm. Çünki avrokuboklarda, premyer-liqada və kubokda mübarizə aparırıq. Sonra da millinin oyunlarına çıxırıq. Mövsüm ərzində boş vaxtım, istirahət üçün zamanım olmur. İndi də eyni söhbətdi. Milli komandanın düşərgəsindən qayıdandan sonra 4 günüm olacaq istirahət üçün. Sonra da yollanacam Avstriyaya. Etiraf edirəm ki, 33 yaşımda çatdırmıram.

- Qarşına qoyduğun hansı hədəfin qalıb ki, karyeranı bitirəsən?

- Məqsədlərim çoxdu. Amma zaman azdı. Artıq 33 yaşım var. Gələn il bir az da yaşlaşacam. Hiss olunacaq ki, artıq karyeramın sonuna doğru gedirəm.

- Məşqçilik etmək haqda düşünürsən?

- Hələ yox! Sabit oynayıram. Karyeramı bitirəndən sonra bir az fasilə etmək fikrindəyəm.

- Builki uğurları kimə həsr edirsən?

- Azarkeşlərimizə! Daim bizim yanımızda idilər. Hər oyunda dəstək oldular. Bu il onlar bizdən daha yaxşı və möhtəşəm idilər. Ümumiyyətlə, “Qarabağ”ın qazandığı bütün uğurları həmişə yanımızda olan azarkeşlərimizə həsr edirəm.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

11-04-2022, 12:0

Maksim - 500

Yığma / Manşet

26-03-2022, 14:0

Maksim Medvedevin zədəsi ciddidi? - AÇIQLAMA

Aktual
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
“Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
"Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
Son xəbərlər
  • Bu gün, 21:46
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • Bu gün, 21:15
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • Bu gün, 20:44
    Alleqri gözlənilən aqibəti yaşadı
  • Bu gün, 20:13
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
  • Bu gün, 19:42
    UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
  • Bu gün, 19:15
    "Neftçi" üç legioneriylə vidalaşdı - Abubakar da getdi
  • Bu gün, 18:44
    Bundesliqada çempion olmuş komanda aşağı liqaya yuvarlandı!
  • Bu gün, 18:13
    Konte hansı klubun başına keçəcək?
  • Bu gün, 17:42
    “Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
  • Bu gün, 17:22
    Fransa klubunda gözləniməz istefa
  • Bu gün, 16:51
    "Sabah" Nicatla yola davam etmədi
  • Bu gün, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Bu gün, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Bu gün, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Bu gün, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Bu gün, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Bu gün, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Bu gün, 12:51
    Usik Həbibi seçdi
  • Bu gün, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Bu gün, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Bu gün, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 199
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Oxunub: 186
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə