• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vaqif Sadıqov: “Ehtimal var ki, klublara böyük maliyyə dəstəyi olacaq”

Ölkə futbolu

4-06-2022, 13:0

AFFA-nın İcraiyyə Komitəsinin aprelin 29-da keçirilən iclasında bir neçə vacib qərar qəbul olunmuşdu.

Öncə onları nəzərdən keçirək:

1. 2022/23 mövsümündən etibarən "İmişli", "Mingəçevir" və "Araz-Naxçıvan" komandaları 1-ci divizionda çıxış etsin.
2. Azərbaycan çempionatında legioner limitinin “6+5” sistemi ilə tətbiqi davam etdirilsin.
3. Premyer-liqada gənc futbolçular üçün yaş limiti ləğv olunsun.
4. Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilməsin (3 əvəzetmə sayı saxlanılsın).
5. 2022/23 mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50 min amanat müəyyənləşdirilsin.
6. 2023/24 mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə bilər. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50 min manat müəyyənləşdirilsin.
7. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin hazırlanması baş katibliyə tapşırılsın. Əsasnamə 1 ay ərzində İcraiyyə Komitəsinə təqdim olunsun.

Ancaq görünüən budu ki, 2 və 4-cü bəndlər komitənin ürəyincə olmayıb. Buna görə də mayın 31-də İcraiyyə Komitəsi növbədənkənar iclas keçirərək qərarlarda dəyişiklik edib. Belə ki, ölkə çempionatının 2022/23 mövsümündən etibarən legioner limiti “7+4” sisteminə əsasən nizamlanacaq. Bundan əlavə, klublar 5 əvəzetmə etmək imkanına sahib olacaq. Görəsən, cəmi 1 ay sonra qərarlar niyə dəyişdi? Legioner limitinin artırılmasının milli komandamıza təsiri necə olacaq? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün milli ilə Qazaxıstana yollanan AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla danışmağı lazım bildik.

- İntizam Komitəsinin qərarları 1 ay sonra dəyişməsinə nə səbəb oldu? Legioner limiti və əvəzetmə sayı artırılacaqdısa, nə üçün aprelin 29-da edilmədi?

- Aprelin 29-da keçirilən iclasda balansı pozmamaq üçün “6+5” formatının və 3 əvəzetmə sayının saxlanılmasına qərar verdik. Bunun səbəbi imkanlı komandalarla maliyyə cəhətdən nisbətən zəiflər arasında uçurum yaranmasının qarşısını almaq idi. Bu zaman rəqabətsiz bir çempionatın şahidi ola bilərdik. Maddi vəziyyəti aşağı olan klublar nə legioner gətirə, nə də yaxşı transfer edə bilərdi. Ancaq mayın 31-də baş tutan iclasda tam fərqli məruzələr oldu. Bildirildi ki, bütün klublar üçün maliyyə dəstəyi ehtimalı çox böyükdü. Çempionatı bundan da zəngin və daha çox rəqabətli etmək mümkündüsə, “7+4” legioner limitini və 5 əvəzetmə sistemini müzakirəyə çıxaraq. Müzakirə etdik və uğurlu olacağı düşünüldüyündən qəbul olundu. Təbii ki, bu birdən-birə baş vermədi. Suallar qoyuldu ki, premyer-liqaya yeni gələnlər və büdcəsi az olan komandalar heyətə əcnəbi futbolçu cəlb edə bilərmi?

Maliyyə durumları buna imkan verəcəkmi? “Hə” cavabı aldıqdan sonra qərar qəbul olundu.

- Milli komandaların baş məşqçiləri həmişə yerli oyunçu seçiminin azlığından şikayətlənib. Yeni tətbiq olunan limit bu seçimi daha da azaltmır?

- Bilirsiz, gec-tez elə bir sistemə gəlməliyik ki, futbolumuzda rəqabət olsun və meydanda güclü futbolçular yer alsın. Bunun üçün də İcraiyyə Komitəsinin iclasında bildirdiyim kimi, vahid sistemə gəlməliyik. Bu sistem 3 liqanı özündə cəmləşdirəcək: premyer-liqa, 1-ci divizion və əvəzedicilərin çempionatı. Elitada oynamaq imkanı olmayan futbolçular ən azı bu liqaların birində çıxış edə bilsinlər. Buna görə planlı şəkildə işlər görülməlidi. Mayın 31-də bu məsələ də İcraiyyə Komitəsinin iclasında müzakirə olundu. Orda da bizə deyildi ki, ola bilsin, qısa müddətdə - 1 ilə bu sistemin tətbiqi həyata keçirilsin. Həmçinin premyer-liqadan düşən və diviziondan elitaya qalxan komandaların olması da bu sistemin əsas tələblərindəndi. Bir şeyi də bildirim ki, futbolçu məşqdə yox, oyunda inkişaf edir. Ona görə də hardasa qapılar bağlananda, gənc oyunçular üçün hardasa qapı açmalıyıq. Divizionda isə limit “6+5” olaraq qalır. İnşallah, 1 ildən sonra 3 peşəkar liqanın şahidi olacağıq.

- Əvəzetmə sayının artırılmasına nə səbəb oldu?

- Limitin dəyişməsinə görə bu addım atıldı. Klublarda maliyyə varsa, geniş heyətə malik olacaqlarsa, maliyyə dəstəyi də hər bir komanda üçün artırılacaqsa, çempionatımızı daha da rəqabətli hala gətirmək üçün əvəzetmə sayı da 3-dən 5-ə qaldırıldı. Aprelin 29-da klubların maddi durumları bilinmirdi. Ancaq indi ehtimal var ki, böyük maliyyə dəstəyi olacaq. Klublara da bu maliyyədən istifadə etmək imkanı yaradılacaq ki, heyətlərini həm yerli, həm də legioner futbolçularla gücləndirə bilsinlər. Bildiyiniz kimi, artıq “Sumqayıt”da da əcnəbi futbolçu transferinə icazə veriləcək. Amma indiyədək buna imkan yox idi. “Səbail” 3-4 legioner futbolçu oynada bilirdi büdcəsinə görə. Lakin indi bildirildi ki, yeni maliyyə dəstəyində hər kəsə eyni gözlə baxılacaq.

- “Xan Lənkəran”la “Cəbrayıl” 1-ci divizionda iştirak üçün hələ də müsbət cavab gözləyir. İclasda bu klublarla bağlı müzakirə oldu?

- İcraiyyə Komitəsinin aprelin 29-da baş tutan iclasında bu klublarla bağlı müzakirə oldu. Ancaq bildiyiniz kimi, Əsasnaməyə görə “Xan Lənkəran”la “Cəbarayıl”ın 1-ci divizionda iştirakı üçün 3 il Region Liqasında çıxış etmələri lazımdı. Son iclasda, ümumiyyətlə, bu klublarla bağlı müzakirə olmadı.

- PFL rəhbəri Ramin Musayev açıqlamasında premyer-liqada çıxış edəcək bütün klublara eyni məbləğdə yardım ayrılacağını söylədi. Bu dəstəyi kim verəcək? Məbləğ nə qədərdi?

- Bilsəydim, sizə ilk gündən deyərdim (gülür). Ancaq bunu söyləyə bilərəm ki, bütün klublara eyni həcmdə maliyyənin ayrılması ehtimalı çox böyükdü.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

2-05-2022, 22:0

“İstədiyimiz nəticəni ala bilmədiyimizə görə belə qərar qəbul olundu” - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu

28-05-2022, 13:0

AFFA limiti də dəyişəcək, əvəzetmə sayını da!

Premyer-liqa

18-04-2022, 14:0

Klublar legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələləri müzakirə etdi

Ölkə futbolu

31-05-2022, 20:0

Premyer-liqada əvəzetmə sayı artırıldı

Ölkə futbolu

28-04-2022, 18:0

İcraiyyə Komitəsi əvəzetmə sayının artırılmasını müzakirə edəcək

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Bu gün, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Bu gün, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Bu gün, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Bu gün, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Bu gün, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə