Maksim Medvedevin zədəsi ciddidi? - AÇIQLAMA

26.03.2022 14:42 638
Yığma / Manşet
Dünən Azərbaycan millisi Maltada adıçəkilən ölkənin yığması ilə yoxlama matçı keçiridi.

Qarşılaşma Canni de Byazinin komandasının məğlubiyyəti ilə başa çatdı - 0:1.

Gorusun 76-cı dəqiqəsində yığmanın kapitanı Maksim Medvedev zədələnərək yerini Renat Dadaşova verdi.

Görəsən, müdafiəçinin durmunu necədi? Latviya ilə oyunda iştirak edə biləcək?

Suallarımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla belə cavabladı:

"Maksim burun nayihəsindən zədə alıb. Sınıq və çat yoxdur. Növbəti oyunda meydana çıxıb-çıxmayacağı ilə bağlı oyunöncəsi qərar veriləcək".


İLKİN SULTANLI