TFF 1-ci liqasının pley-off mərhələsinin ilk görüşü keçirilib.
"Football-plus.az" xəbər verir ki, "Eyüpspor" və "Bandirmaspor" komandaları üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu azərbaycanlı futbolçu İltər Taşqın vurub. 49-cu dəqiqədə fərqlənən 27 yaşlı yarımmüdafiəçi komandasına qələbə qazandırıb.
Qeyd edək ki, əvvəllər Azərbaycanın U-19, U-21 və əsas millilərində forma geyinən futbolçu 2020-ci ildən "Eyüpspor"un uğurları üçün çalışır.