Millimizin üzvü komandasının qələbəsində pay sahibi oldu

16.04.2022 14:37 479
Dünya futbolu
Latviya çempionatında 6-cı turun oyunları keçirilir.

Asim Əlizadənin çıxış etdiyi “Dauqavpils” evdə “Spartak”la (Yurmala) qarşılaşıb. Meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.

21 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətində başlayıb və 81-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 58-ci dəqiqədə komandasına penalti qazandırıb. Makuilli bu bu şansdan maksimum yararlanıb.

“Dauqavpils” 8 xalla turnir cədvəlində 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.