"Anderlext" Kompani ilə yollarını ayırdı

25.05.2022 22:16 437
Dünya futbolu
"Anderlext" baş məşqçi Vinsent Kompani ilə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Belçika təmsilçisinin rəsmi saytı məlumat yayıb. 36 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Vinsent Kompani 2020-ci ilin yayından "Anderlext"i calışdırırdı. Komanda onun rəhbərliyi altında Belçika çempionatını 3-cü pillədə başa vurub.