Latviya çempionatında 22-ci turun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.
Komanda səfərdə “Valmiera” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.
Şakir də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı futbolçu 65-ci dəqiqədə sarı vərəqə də alıb. Asim isə sonadək ehtiyatda qalıb.
“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 12 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.