Luçano Spalletti italiyalı jurnalistlərə ciddi etirazını bildirib.
“Napoli”nin baş məşqçisi komandasının Çempionlar Liqasına vəsiqə qazanmasının yerli mediada ciddi dəyərləndirilməməsindən narazılıq edib:
“Görürəm, KİV mənə və “Napoli”nin imkanlarına az inanır. Siz jurnalistlər Çempionlar Liqasına vəsiqə qazanmaq kimi əla nəticənin dəyərini azaltmağa və komandamızın skudetto uğrunda yarışdan böyük ölçüdə geri çəkilməsini qabartmağa çalışırsınız. Bəli, biz “Empoli” ilə hər iki oyunda uduzmuşuq. Amma bu da var ki, “Napoli” cari mövsümdə uzun illər qələbə üzü görmədiyi şəhərlərdən evə qalib dönüb. Komandamız belə atmosferdə oynamağa layiq deyil. Şəxsən mən mövsüm ərzindəki çıxışımıza görə təəssüflənmirəm”.