Səudiyyə Ərəbistanlıların himayəsinə keçdikdən və qış transfer dönəmində yeni oyunçulara təxminən 100 milyon avro xərclədikdən sonra ''Nyukasl''ın yayda transfer bazarında ən fəal klublardan olacağı gözlənilirdi.
Amma klubun baş məşqçisi Eddi Hau bunun belə olmayacağını və pulları istədikləri kimi xərcləyə bilməyəcəklərini deyib:
Qeyd edək ki, Haunun gəlişindən sonra ''Nyukasl'' yüksəlişə keçərək alt pillələrdən qurtulmağı bacardı. Komanda əvvəlki məşqçi Stiv Bryusla orta hesabla hər oyuna 0,45 xal toplayırdısa, Hau ilə bu rəqəm 1,3-ə bərabərdi. 44 yaşlı mütəxəssis həm də fevralda premyer-liqanın ən yaxşı məşqçisi seçilmişdi.