Nəhayət, Yozua Kimmix inadından əl çəkib.
Onun uzun müddət apardığı mübarizəsi məğlubiyyətlə nəticələnib.
“Bavariya”nın koronavirusa yoluxduğu üçün ağ ciyərlərində iltihab yaranan futbolçusu peyvənd olunub. Müdafiəçi daha əvvəl vaksinasiyanın insan orqanizminə yüz faiz müsbət təsir etməsinə şübhə etdiyini bildirmiş və buna görə Almaniya ictimaiyyətinin qınağı ilə üzləşmişdi.
Deyilənə görə, Kimmix uzun müddət vaksinlərlə bağlı araşdırma aparıb. Və çox düşünəndən sonra peyvənd olunmağa razılaşıb.