• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bizə qalan yenə əsəb oldu... - KÖŞƏ

Yazarlar

1-04-2022, 19:0

Hələ ötən yazımda bildirmişdim ki, millimiz Latviya üzərində qələbə qazansa da, mahiyyət dəyişməyəcək.

Epizodik uğurları, təsadüfi qələbələri çox görmüşük. Qazananlar qazanclarını götürüb, biz isə özümüz deyib, özümüz də eşitmişik. Açığı, mən həmin sətirləri yazarkən millinin Latviyanı məğlub edəcəyini düşünürdüm. Qazaxıstanla oyundan sonra belə olmuşdu. Qazaxlar millimizi asanlıqla yenmişdi. Sözsüz ki, bu məğlubiyyət özüylə birlikdə böyük tənqid dalğası gətirmişdi. Futbolçular da toparlanmış, məğlubiyyətin əvəzini Latviya ilə oyunda çıxmış, azarkeşlərin könlünü almışdılar. Düşünürdüm ki, bu dəfə də belə olacaq. Malta önündə çarəsiz görünən millinin “quru” hesabla yenilməsi tənqidləri də özü ilə gətirmişdi. Tənqiddən nəticə çıxarmaq əvəzinə şikayətləndilər, təzyiqdən əziyyət çəkdiklərini dedilər. Nəticəsi də o oldu ki, Latviya da Maltanın qəhrəmanlığını təkrarladı. Görünür, bir neçə il əvvəl milli üzvlərinin xarakteri daha güclü imiş, onlar tənqiddən sonra toparlanmağı bacarırmışlar. Haqlı tənqidlər onlar üçün şikayət mənbəyi, təzyiq dalğası yox, motivasiya imiş. Yavaş-yavaş olan-qalan müsbət keyfiyyətləri də itiririk.

Təsadüfi qələbələrin ciddi mənada heç nəyi dəyişmədiyini Milan Obradoviçin çalışdırdığı U-21 də isbatladı. Gənclər Estoniya ilə oyunda qazandıqları 3:0 hesablı qələbədən sonra xeyli təriflənmişdilər. İddia edənlər var idi ki, işlərimiz düzəlir, futbolumuzun gələcəyi parlaqdı, serbiyalı mütəxəssis komandaya qalib ruhunu aşılayıb. Nə oldu bu söhbətlərin sonu? Belarus gəldi və bizi göydən yerə endirdi. Adamlar göstərdilər ki, Estoniya ilə oyundakı nəticə bizim gücümüzün yox, rəqibin gücsüzlüyünün göstəricisi imiş. Bir qurd çıxdı qarşımıza, çoban açınca gözün, qaldı iki buynuzumuz. Yəni qarşımıza düz-əməlli rəqib çıxan kimi alın yazımıza çevrilən məğlubiyyətlə barışmaqdan başqa əlacımız qalmadı. Hələ Belarus qitənin güclülərindən deyil, heç ortabab da sayılmır. Amma bizim futbolçular o qədər zəifdilər ki, onların qarşısında Belarus da qorxulu divə, əjdahaya çevrilir. Utanmaqdan başqa əlimizdən nə gəlir ki?!

Milan Obradoviç də Canni de Byazinin yoluyla gedir, məğlubiyyətin məsuliyyətini futbolçuların üzərinə atır. Serbiyalı çalışdırıcının Belarusa uduzduğumuz oyundan sonra dediklərini xatırlayaq: “Bəzi futbolçuların yanaşması, oyunları heç xoşuma gəlmədi. Millidə oynayırsansa, istəkli olmalısan”. Cənab Obradiç, necə deyərlər, futbolçular bizimdi, kəramətlərinə bələdik. Bu sözləri deməklə bizim üçün Amerika kəşf etmirsən. Amma səni də bura elə ona görə gətiriblər ki, bu futbolçulardan komanda yaradıb, qələbə qazanasan da. Yoxsa zibildən konfet düzəltməyin mümkün olmadığını hələ illər əvvəl Şakir Qəribov açıq dillə demişdi. Belə bəhanələr, şikayətlər indi bizim üçün keçərli deyil, hörmətli məşqçi. Mən yaxşı bilirəm ki, Obradoviçin məşqçi keyfiyyətləri heç də Şakir Qəribovdan bir neçə baş üstün deyil. Amma görünür, futbol başbilənləri ya bunu bilmir, ya da bilmək istəmir. Belə olmasaydı, inadla əcnəbilərin ətəyindən yapışmazdılar.

Bizim sayəmizdə kef çəkən əcnəbilərdən bir də Volkan Üstdü. Düzdü, Volkan bəy futbol məşqçisi deyil. Amma o da Obradoviçlə De Byazi kimi çörəyini futbolumuzdan çıxarır. Özü də yüksək səviyyədə. Latviyaya uduzduğumuz oyunu izləyəndə öyrəndim ki, Maltaya birhəftəlik səfərə (daha doğrusu, istirahətə) gedən nümayəndə heyətinin tərkibində Volkan Üst də var imiş. Adam nə az, nə çox - düz bir həftə işinin başında olmayıb, Maltada gəzib-dolaşıb. Çox maraqlıdı, bu bir həftədə onun rəhbərlik etdiyi telekanalda işlər necə yoluna qoyulub? Belə çıxır ki, “CBC Sport” əcnəbi baş direktorun yoxluğunda da normal fəaliyyət göstərir, hərə öz işini görür. Lap yaxşı. O zaman telekanala əcnəbi “patron” gətirməyin nə mənası var? Millimiz ardıcıl iki oyunda özündən zəif rəqibə uduzub, özü də qol vurmadan. Amma oyundan sonra telekanalın çox hörmətli şərhçiləri Bəhlul Mustafazadənin adını bir neçə dəfə çəkir, məğlubiyyətin günahkarı kimi onu hədəfə çevirirlər. Bəhlul Mustafazadə e, sonuncu müdafiəçi mövqeyində oynayan futbolçu. Gərək Bəhlul irəli gedib, Eddinin, Dimanın, Renatın əvəzinə qol vurarmış. Açığı, dostlarımızın əvəzinə mən çox utandım. Amma nə etmək olar?! Əcnəbilərin kef sürdüyü futbolumuzun dərdi-səri, ağır yükü bizimdi. Hərəmiz bir formada çəkməliyik. Yenə kefi onlar çəkdi, bizə qalan əsəb oldu. “Keçmiş olsun” deyəcəkdim, amma...

AMAL

Paylaş:
Digər xəbərlər

Yığma

29-03-2022, 16:0

Millimiz yenə üzümüzü "Qara" etdi - YENİLƏNİR

Yığma

25-05-2022, 20:0

Millimiz Latviyani böyük hesabla məğlub etdi

Yığma

16-05-2022, 18:0

Millimiz Latviya ilə qarşılaşacaq

Aktual
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Son xəbərlər
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
Daha çox
Oxunub: 356
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 211
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 113
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə