Millimiz Latviya ilə qarşılaşacaq

16.05.2022 18:09 427
Yığma
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

"Football-plus.az" xəbər verir ki, mayın 18-dən 28-dək keçiriləcək hazırlıq prosesi Qəbələdə baş tutacaq.

Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-16 mayın 25-də və 27-də latviyalı yaşıdları ilə qarşılaşacaq. Millimizin heyətinə 24 oyunçu dəvət olunub. Onlardan 4-ü "Qəbələ"nin, 5-i "Sabah"ın, 3-ü "Qarabağ"ın, 5-i "Neftçi"nin, 2-si "Sumqayıt"ın, 1-i "Səbail"in, 1-i "Europen Football Academy"in, 1-i "Zirə"nin, 1-i "Şamaxı"nın, 1-i "ROFM (İUGOEM)"in oyunçusudur.