• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbol azarkeşliyindən qəhrəmanlara çevrilən “Azov” batalyonu - TƏHLİL

Yazarlar

26-03-2022, 20:0

Mariupol Rusiyanın hərbi təcavüzündən ən çox ziyan çəkən şəhərdi.

Ukrayna hökümətinin məlumatına görə, yarım milyon əhalisi olan, Azov dənizinin sahilində yerləşən Cənubi Ukraynanın liman şəhəri praktiki olaraq yer üzündən silinib. Martın əvvəlindən şəhər mühasirəyə alınıb, su, işıq və ərzaq təchizatı məhdudlaşdırılıb. Lakin mübariz Ukrayna şəhərini düşmənə qarşı “Azov” batalyonu qoruyur. Onların qəhrəmanlığı və şücaəti dünyaya səs salıb. Buna görə də müzəffər birlik haqda ətraflı məlumat verməyə qərar verdik. İlk növbədə ona görə ki, onun təməlinin qoyulmasında futbol azarkeşləri yaxından iştirak edib.

Yaranması
“Azov” batalyonu Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində xətti xüsusi təyinatlı bölmədi. 2014-cü ilin mayında Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Patrul Xidmətinin batalyonu kimi Mariupolda könüllülərdən yaradılıb. 2014-ün sentyabrında bölmə alaya, noyabrında isə Ukrayna Milli Qvardiyasına təhvil verilib.
Batalyonun keçmiş rəhbərlərindən biri Yaroslav Qonçarın sözlərinə görə, “Azov”un başlanğıcı mayın 4-də Mariupol şəhər şurasının deputatı Aleksandr Yaroşenko və Avtomaydan fəalı Yaroslav Qonçarın Ukraynanın xalq deputatı Oleqlə görüşündə qoyulub. İclasda iki qrupun - Avtomaydan fəalları və ultra-millətçilərin (qara adamlar) birləşməsi qərara alınıb. Bizim marağımızı çəkən əsas məsələ batalyonun tərkibində Kiyev “Dinamo”sunun çox sayda sıravi azarkeşinin olmasıdı. Mənbələrdə 300 ultarsın bu birləşmənin tərkibində vuruşduğu qeyd edilir.
Təbii ki, əsasını sıravi futbol azarkeşlərinin təşkil etdiyi batalyonun döyüş təcrübəsi başlanğıcda o qədər də yüksək deyildi. Lakin onlar bu problemi aradan qaldırıb, vətənin təhlükəsizliyini qorumaq üçün çox çalışdılar. Kadr hazırlığı ilkin olaraq Zaporojye vilayətinin Berdyansk şəhərində baş tutdu və birlik üzvləri bir müddət burda məskunlaşdı. Onların şöhrət qazanmasının əsas səbəbi Ukraynanın o vaxt fevralın 22-də qaçan prezidenti Viktor Yanukoviçin oğlunun Urzufda yerləşən ruspərəst separatçılardan ibarət dəstəsini məhv etmələri oldu. Daha sonra onlar sabiq dövlət başçısının oğlunun bağını alayın əsas bazası və qərargahına çevirdilər. Bu hadisədən sonra dəstəyə qoşulanların sayı daha da artdı. “Azov”çuların sosial şəbəkə hesablarına da çoxsaylı dəstək mesajları yazılırdı. Alaya dəstək məqsədilə Ukrayna şəhərlərində müntəzəm xeyriyyə konsertləri keçirilir.

Gerblə bağlı qalmaqal
Təbii ki, sıravi azarkeş qrupunun mübariz döyüşçü alayına çevrilməsi Ukrayna üçün qürurverici olsa da, qəddar qonşusu Rusiya üçün heç də ürəkaçan deyildi. Buna görə də bu ölkənin mətbuatında “Azov” batolyonunun əleyhinə yazılar peyda oldu. Rusiyalı jurnalistlərin əksəriyyəti doğma vətənini qorumaq üçün canından keçməyə hazır olan alayı qaralamağa başladı. Onlar “Azov”un gerbinin Hitler Almaniyasının “svastikası”nın yenilənmiş formatı oluğunu və batalyon üzvlərinin də neonasistlər olduğunu iddia edirdilər. Tənqidçilər qeyd edirlər ki, bu rəmz həm də nasist Almaniyası tərəfindən, xüsusən də 2-ci SS Panzer Diviziyasının “Das Reich” emblemində istifadə edilib və müasir neonasizmdə istifadə olunan Volfsangel (qurd qarmaq) obrazıdı. Rusiya mətbuatında yer alan bu fikirlərin, görünür ki, Avropada başqa dəsətəkçiləri də tapıldı. “Reuters” media agentliyinin jurnalisti Qabriela Baçinska "rəmz sarı fonda qara svastikaya bənzəyir" sözlərini qeyd etdi. Belə ifadələrin davamı kəsilmirdi. Buna görə də alayın komandiri Andrey Biletski qalmaqala səbəb olan rəmzin deyilənlərin əksinə Ukraynanın tarixi ilə bağlı və xalqın birləşməsinin rəmzi olduğunu bildirdi. Həmçinin o, gerbin mərkəzindəki hərfin qədim alman heraldikasından ilhamlandığını qeyd etdi. Biletski “biz eksklüziv olaraq onun Ukrayna məzmununu rəhbər tutmuşuq” sözlərini xüsusi vuğuladı.

Lakin bu açıqlama media üçün yetərli olmadı. 2014-ün sentyabrında Almaniyanın ZDF telekanalı Ukraynanın şərqindəki silahlı münaqişə ilə bağlı reportajında “Azov” batalyonunun bir neçə döyüşçüsünü göstərərək, onların dəbilqələrindəki “zig”lərin “svastika”nın bir növü olduğunu açıqladı. Bu məlumatı Amerikanın NBC telekanalına müsahibəsində TV2-nin norveçli müxbiri Oysten Bogen də təsdiqlədi. “Azov” batalyonunun rəmzinin variantlarından biri poster tipini əks etdirən qol nişanı idi. Dövlət tridentinin fonunda əllərində silah olan insan fiqurları, üzərində Ukrayna dilində "Qara Korpus" yazısı var.

Bütün bunlara cavab olaraq Ukraynanın həmin dövrdəki daxili işlər naziri, Bakı ermənisi Arsen Avakov 2014-cü ildə "Fokus" jurnalına verdiyi müsahibədə işarənin nasist mənsubiyyətini inkar edərək, "səhv edirsiz, bu rəmz əslində oval şəklində olan adi Latın “N” hərfid. Bir çox Avropa ölkəsində bu işarəni şəhərlərin emblemlərində görmək olar” söylədi. Və onu da vurğuladı ki,“kim deyir ki, bu uşaqlar nasist baxışları təbliğ edir, açıq şəkildə yalan danışır və axmaqlıq edir. Bu qəhrəman döyüşçülərlə saatlarla söhbət etdim. Qətiyyən nasizm və “svastika” yoxdu”. “Azov” alayının ayrı-ayrı üzvləri və qrupları mənası birmənalı şəkildə şərh oluna bilən rəmzlərlə yanaşı, 36-cı SS Qrenadiyer Diviziyasının “Dirlewanger” rəmzlərindən də fərqlənmə nişanı kimi istifadə edir. "Dirlewanger" SS Sonder alayının tərkibində olan diviziyanın bölmələrinin Varşava üsyanının yatırılmasında və Şərq Cəbhəsində digər cəza tədbirlərində bilavasitə iştirak etdiyinə görə bəzi Polşa KİV-ləri ukraynalı döyüşçülər tərəfindən bu emblemin istifadə edilməsindən narahat olduqlarını bildiriblər.

Sonda qeyd edək ki, “Azov” adi futbol azarkeşlərindən təşkil olunan bir birlik idi. Ancaq onlar bu gün vətəni düşməndən qorumaq uğrunda qorxmadan mübarizə aparan qəhrəmanlardı. Ümidimiz ədalətin qısa zamanda yerini tapması və Ukrayna xalqının gözünə rahat yuxu getməsidi. Çünki müharibənin, yuxusuz gecələrin nə demək olduğunu ən yaxşı biz bilirik.

Yeri gəlmişkən...
Söhbət Ukraynadan gedirsə, bu ölkənin tarixinə düşən, “ölüm oyunu” adlanan bir qarşılaşma da var. Bu gün Putin Rusiyasının işğal etməyə çalışdığı Kiyev 1942-ci ilin yayında alman faşistlərinin çəkmələri altında inləyirdi. Amma şəhərin futbol həyatı ölməmişdi, ayrı-ayrı komandalar turnirlərə qatılırdılar. Belə komandalardan biri “Start” adlanırdı. Əsasən Kiyev “Dinamo”sunun oyunçularından qurulsa da, heyətdə “Lokomotiv”in və Odessa “Spartak”ının da yetirmələri var idi. 1942-ci il avqustun 9-da keçirilən oyunda “Start” alman əsgər və zabitlərdən qurulan “Flakelf” komandası ilə qarşılaşıb. Oyundan əvvəl kiyevlilərin paltardəyişmə otağına daxil olan Hitler ordusunun polkovniki sərt şəkildə uduzmağı, əks halda futbolçuların əsir düşərgəsinə göndəriləcəyini bildirib. Həmin oyun “Start”ın 5:3 hesablı qələbəsi ilə bitib. Amma qalib komandanın əksər oyunçularının ömrü yarımçıq qalıb. Oyundan bir müddət sonra ukraynalı futbolçuların əksəri əsir düşərgəsinə göndərilib, bəziləri isə güllələnib. Göründüyü kimi, üstündən 80 il ötəndən sonra Putin Rusiyası da faşistlərin yolu ilə gedir, Ukrayna xalqı ilə eyni üslubda danışır – ya şərtlərimizi qəbul edib, kapitulyasiyaya imza atacaqsız, ya da sizi məhv edəcəyik! Ukrayna xalqına bu qeyri-bərabər mübarizədə uğur arzulayırıq.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

İdman

29-03-2022, 13:0

"Azov" batalyonunda döyüşən idmançı vəfat etdi

Dünya futbolu

13-03-2022, 13:0

Ukraynada Luçeskunun 5 milyon dolları bloklanıb

Aktual

19-03-2022, 18:0

Rusiyanın Ukraynaya təcavüzündən futbol da əziyyət çəkir

Aktual
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
“Qarabağ”ın səfər oyunu göstəriləcək!
6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
Son xəbərlər
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Dünən, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Dünən, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Dünən, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Dünən, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
  • Dünən, 16:26
    DÇ-2026-nın iştirakçısı intihar edib? - DÇ-nin MƏYUSLUĞU
  • Dünən, 15:55
    “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
  • Dünən, 15:30
    La Liqada yeni mövsümün 5 oyunu təxirə salınacaq
  • Dünən, 14:59
    Makqreqor uduzdu, amma milyonlar qazandı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 221
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə