• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elşən Qəmbərov Əliyar Ağayevə ABŞ-da iş təklif edib - MÜSAHİBƏ

Aktual / Müsahibə

30-03-2022, 19:0

Onunla ötən iliun yayında görüşmüşdük.

Həmin vaxt ABŞ-da akademiya açdığını bildirmişdi. Onu da vurğulamışdı ki, çalışdığı sahədə Azərbaycanla bağlı bəzi layihələri reallaşdırmağa çalışır ki, pandemiya səbəbindən hazırda onları həyata keçirə bilmir. Bugünlərdə qəhrəmanımızın Bakıda olduğunu eşitdik. Fürsətdən istifadə edib yayda yarımçıq qalan planlarını gerçəkləşdirib-gerçəkləşdirmədiyini, şəxsi və iş həyatında hansı yeniliklərin olduğunu öyrənməyə çalışdım. Söhbət vaxtilə “Neftçi”, “Kəpəz”, “Turan” kimi klubların şərəfini qoruyan, Özbəkistanda, İranda legioner həyatı yaşayan, 12 oyunda yığmanın formasını geyən Elşən Qəmbərovdan gedir.

- Bildiyim qədər bir aya yaxındı Bakıdasan. Səfərinin məqsədini bilmək istərdim.
- Atam, anam, qardaşım, qohumlarım və dostlarım burdadı. Çalışıram ildə bir neçə dəfə Bakıya gəlim, onlarla görüşüm. Sözün düzü, arada Bakı üçün çox darıxdığımdan vətənə baş çəkməyi özümə borc bilirəm.

- Sonuncu dəfə səninlə danışanda klub təsis etdiyini və məşqçiliyə başladığını demişdin. İşlərin necədi?
- Şükür Allaha, qaydasındadı. Ötən dəfə sizə bildirdiyim kimi, ortağım bakılı Oleqlə bir yerdə çalışırıq, ortada halallıq olduğuna görə problemimiz yoxdu. Sentyabr-oktyabr aylarında Nyu-Cersiyə yaxın şəhərdə ikinci klubu açmaq planımız var. Bakıya gələndə hər dəfə FİFA referisi Əliyar Ağayev və vaxtilə bir yerdə oynadığım, rəqib kimi üz-üzə gəldiyim veteran futbolçular ilə görüşürəm. Əliyarın ABŞ-a yolu düşəndə həmişə mənə baş çəkir. Dostluğumuzun tarixi o qədər də dərin deyil. 3-4 il olar ki, onunla isti münasibətimiz yaranıb. Ağayev ingilis dilini, futbolu bilir, tanınmış referidi. İstəyirdim ki, onu akademiyamızın baş meneceri təyin edək. Bunu tək mən yox, şərikim Oleq də istəyirdi. Yaxşı mənada təəssüf hiss keçiririk ki, Əliyar hazırda hakim kimi karyerasını davam etdirir, sinəsində FİFA loqosu daşıyır. İnşallah, Ağayev nə vaxtsa ABŞ-a üz tutmaq istəsə, onu böyük məmnuniyyətlə qarşılayıb, işlə təmin edəcəyik.

- Ötən yay səninlə görüşəndə Bakıda turnir təşkil etmək istəyində olduğunu və həmin yarışa Nyu-Cersidəki akademiyandan komanda gətirməyi planlaşdırdığını söyləmişdin. Pandemiya artıq bitmək üzrədi, plan hələ də qüvvədədi?
- Bəli, qüvvədədi. Ordakı aşağı yaş yaş qruplarından birini Bakıya gətirmək istəyirəm. Ondan başqa bir layihəm də var. Bununla bağlı Cahangir Həsənzadə, Nadir Nəbiyev ilə danışmışam və onlar məni dəstəkləyiblər. Çox istərdim ki, oynadığım dönəmdə tanınmış futbolçuları, yığma üzvlərini bir araya gətirib yoldaşlıq oyunu keçirim. Bununla bağlı AFFA-ya rəsmi məktub ünvanlamağı düşünürəm. Sonra da həmin matçı ABŞ-da təşkil etmək istəyirəm. Bütün təşkilati işləri özüm görəcəm. Məncə, pis ideya deyil (gülür). Qoy indiki gənclərimiz görsünlər ki, Azərbaycanda yaxın keçmişdə necə futbolçular olub. Bu layihə üçün 30-40 futbolçu nəzərdə tutmuşam. Onların arasında bu gün Azərbaycanda yaşayanlar da var, ölkə xaricinə üz tutanlar da.


- Bildiyim qədər burda olduğun müddətdə sabiq komanda yoldaşlarının bəziləri ilə görüşüb ötən günləri yada salmısız...
- Bura gəldiyim ilk vaxtda səhhətimdə müəyyən problem yarandığından əməliyyat olundum. Nənəm də dünyasını dəyişdiyindən ilk günlər başım bir az qarışıq oldu. Bugünlərdə Zaur Ramazanov, Alim Qurbanov, Zaur İsmayılov ilə görüşdüm. İsmayılovla daim zəngləşdiyimizi də vurğulayım. Çox təəssüf ki, ürəyim istəyən hamı ilə görüşə bilmədim. Bu yerdə onu da bildirim ki, Azər Cabbarovun çalışdırdığı komandanın oyununu canlı izlədim və çox xoşuma gəldi. Biz oynayan vaxtı o cavan uşaq idi. Çox mədəni, böyük-kiçik yeri bilən oğlandı. İndi maşallah, özü məşqçi kimi çalışır və çox gözəl komandası var. Matçdan sonra Azərin çalışdırdığı komandanın üzvlərinə akademiyamızın formalarını təqdim etdim. Uşaqların oyunu mənə çox ləzzət etdi, o qədər bəyəndim ki, istəyirəm onları ABŞ-a turnirə dəvət edim. Bizim uşaqlarımız 22-23 dəqiq ötürmə ilə hücuma çıxırlar. Bu, bilirsiz, nə deməkdi? Futbol xalqımın qanında var, sadəcə, onu düzgün istiqamətləndirmək lazımdı. Hətta onların oyununu telefonla çəkib ABŞ-a yolladım.

- Nyu-Cersidə məşqçi kimi çalışırsan. Nə vaxtsa Azərbaycana dönüb vətəndə məşqçi kimi çalışmaq istəyin var?
- Açıq deyim, məndə elə istək yoxdu. 12 ildi ordayam və həyatımı və işimi orda qurmuşam. Söhbət əsnasında bildirdiyim kimi, qarşıdakı aylarda akademiyanın yeni filialını açacağıq. Sözün düzü, burda yaşamaq və çalışmaq mənim üçün çətin olar.

- Bugünlərdə milli Maltada yerli yığma ilə qarşılaşdı və biabırçı məğlubiyyətlə üzləşdi. Bu barədə nə deyə bilərsən?
- Bu haqda heç bir fikir bildirmək istəmirəm. Yalnız onu demək istəyirəm ki, uşaq futbolunun səviyyəsini qaldırmaq lazımdı. İndiki nəslin zamanı gedib, gələcəyə hesablanan plan qurmaq vacibdi. Heç kim sözlərimdən inciməsin, reallığı deyirəm.

- Amerikalı uşaqla onun həmyaşıdı olan azərbaycanlı uşağı müqayisə edəndə ortaya hansı mənzərə çıxır?
- Azərbaycanlılar çox istedadlıdılar. Sadəcə, onları düzgün yönəltmək lazımdı ki, onu da bayaq qeyd etdim. Amerikalı uşaq 10 dəfə top çiləyəndə sevinib onu bəh-bəhlə akademiyaya qəbul edirik. Ancaq onun azərbaycanlı yaşıdı 30-40 dəfə top çiləyir, ona burda ağız büzürlər. Lakin onu da bildirim ki, yaxın illərdə ABŞ-da futbol çox irəli gedəcək. Çünki dövlət səviyyəsində proqram qəbul olunub. Həmin proqram da futbolun inkişafına təkan verməlidi. Amerikalılar bir işin üstünə ciddi düşürlərsə, onu maksimuma çatdırmağa çalışırlar. Onlarda “orta hədd” anlayışı yoxdu. Bura gələndən sonra növbəti mövsümdə premyer-liqada 10 komandanın olacağını eşidəndə çox sevindim. Karyeram ərzində Gəncə ilə yanaşı, Tovuzda da oynamışam. Qərb bölgəsində həmişə istedadlı uşaqlar olub. İstərdim ki, elitada 10 yox, 16 komanda çıxış etsin. Komanda sayı nə qədər çox olsa, bir o qədər çox futbolçu üzə çıxacaq.

- Söhbətimizin əvvəlində Əliyar Ağayevə iş təklif etdiyini bildirdin. Bir yerdə oynadığın veteran futbolçulardan ABŞ-a işləməyə dəvət etmək fikrin var?
- Uşaqlarla görüşəndə bu barədə söhbətimiz oldu. Alimlə, Zaurla bir araya gələndə onlara “yadınıza gəlir, bir vaxtlar sizinlə rəqib qismində üzə-üzə gəlirdik. Siz “Xəzər Lənkəran”da, mən isə “Neftçi”də çıxış edirdim. Alim sol cinahda, mən isə sağda bir-birimizə qarşı çox oynamışıq” söylədim. Vaxtilə meydanda rəqib olmağımıza baxmayaraq, hər birinə kömək etməyə, ABŞ-da işlə təmin etməyə hazır olduğumu bildirdim. Bu sözlərim vaxtilə bir yerdə oynadığım istənilən veteran futbolçuya aiddi. Onların hamısına kömək etməyə hazıram. Pul heç də hər şey demək deyil. Bu gün mənim rəhbərliyim altında işləyən məşqçi akademiyaya 100 min dollarlıq maşınla gəlib-gedir. Mən isə sadə həyat tərzi sürürəm. “Ferrari”, “Lamborcini” almağa imkanım var, ancaq almıram. Mən gələcəyi fikirləşirəm, düşünürəm ki, həmin pulu valideynlərimə, qardaşıma göndərsəm, daha yaxşı olar. Sadə olduğum qədər dostlara da etibarlıyam. Onlara kömək etməyə həmişə hazıram.

RƏŞAD

Paylaş:
Digər xəbərlər
Aktual
“ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
“Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Son xəbərlər
  • Bu gün, 01:00
    “ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
  • Bu gün, 00:06
    10 il əvvəlki çempion 3-cü diviziona düşdü!
  • Dünən, 23:32
    Milli komandada istefa
  • Dünən, 23:01
    Günay Qurbanova bürünc medal qazandı - AÇ
  • Dünən, 22:15
    "Kolambus Kryu" Nərimanı təbrik etdi
  • Dünən, 21:37
    Qaliblər vətənə döndü! - 2 qızıl, 3 bürünc, 133 xal
  • Dünən, 20:42
    Zaur Axundov futzalın qara gününü niyə ört-basdır edir?! – YAZI
  • Dünən, 20:11
    Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
  • Dünən, 19:40
    Cəbrayılda cüdo üzrə kəmər imtahanı keçiriləcək
  • Dünən, 19:19
    Rəhim Həsənov Rəvan Həmzəzadədə səhv tapmadı - VİDEO
  • Dünən, 18:48
    “Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
  • Dünən, 18:17
    LNZ ilk 15 dəqiqədə qol buraxanda həmişə qələbəyə həsrət qalır - İCMAL
  • Dünən, 17:46
    ''Beşiktaş'' prezidenti icarədə olan oyunçular və Fernandeş haqda nə dedi?
  • Dünən, 17:15
    Cokoviçlə Alkaras Madrid turnirindən çəkildi
  • Dünən, 16:44
    Millimiz Belarusla qarşılaşacaq
  • Dünən, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
  • Dünən, 15:42
    Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu
  • Dünən, 15:11
    “Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
  • Dünən, 14:40
    “Turan Tovuz” finala çıxmaq istəmirdi?
  • Dünən, 14:19
    “Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
  • Dünən, 13:58
    Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
  • Dünən, 13:27
    Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku
  • Dünən, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Dünən, 12:25
    Nəbadə, Elvin!
  • Dünən, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Dünən, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Dünən, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Dünən, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • 22-04-2026, 23:0
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • 22-04-2026, 23:0
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • 22-04-2026, 23:0
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • 22-04-2026, 22:0
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • 22-04-2026, 22:0
    "Sabah" da finalda! - YENİLƏNİB
  • 22-04-2026, 21:0
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
Daha çox
Oxunub: 615
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 185
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə