Anssumane Fati bazar ertəsi sıraya dönüb.
19 yaşlı futbolçu zədəsini sağaldandan sonra “Barselona”da ilk məşqinə çıxıb. Oyundaşları yaşıl meydanda sonuncu dəfə yanvarın 20-də görünən Fatini alqışlarla qarşılayıblar.
Qeyd edək ki, həkimlər onun yalnız mayda rəsmi oyuna çıxa biləcəyini ehtimal etmişdilər. Lakin bərpa prosesi sürətlə gedən hücumçunun aprelin 24-də “Rayo Valyekano”ya qarşı oynamaq şansı var.