Nəhayət, bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Nyu Seynts”in qonağı olacaq “Sabah” matçın ölkəmizdə yayınıyla bağlı problemi aradan qaldırıb.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, Bakı vaxtı ilə saat 21.30-da start götürəcək qarşılaşma “CBC Sport”da canlı yayınlanacaq. Belə ki, qarşı tərəf, dəqiqi, “Sgorio” şirkəti “bayquşlar”dan əvvəlcə 50 min avro tələb etsə də, sonradan qərarını dəyişib. Nəticədə Masazır təmsilçisinin təklif etdiyi məbləğ ödənilib.
Xatırladaq ki, “Sabah”ın bu şirkətə 9 min avro ödəmək niyyətində olduğu haqda iddialar yayılmışdı.
KƏNAN BAHADIR