Şəhriyar Məmmədyarov FIDE "Qran-pri"sinin Berlində təşkil olunan 3-cü mərhələsində ilk görüşünü keçirib.
B qrupunda yer alan qrosmeysterimiz almaniyalı Vinsent Keymerlə üz-üzə gəlib. Partiya heç-heçmə başa çatıb.
Qrupun digər görüşündə ABŞ-li Leyner Dominges FIDE bayrağı altında yarışan rusiyalı Daniil Dubova qalib gəlib.
Bu mərhələdə ütün iştirakçılar bir-biri ilə iki partiya oynayandan sonra, yekunda ilk yeri tutan iştirakçılar yarımfinala vəsiqə qazanacaq.