Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin 3-cü mərhələsində bu gün növbəti görüşünü keçirib.
Qrossmeyster 3-cü turda ağ fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə qarşılaşıb. Görüş 31-ci gedişdə heç-heçə ilə yekunlaşıb.
B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerə uduzub. Hazırda Dominges və Kaymer hərəyə 2 xalla qrupun liderləridi. Məmmədyarovun 1,5 xalı, Dubovun 0,5 xalı var.