Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin 3-cü mərhələsində növbəti görüşünü keçirib.
Qrossmeyster 6-cı turda rusiyalı Daniil Dubovla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb.
Hazırda 3,5 xalla qrup lideri olan Məmmədyarovun yarımfinala vəsiqə qazanıb-qazanmayacağı almaniyalı Vinsent Kaymerlə ABŞ təmsilçisi Lenyer Domingesin görüşünün nəticəsindən asılı olacaq. 3 xalla ikinci sırada qərarlaşan Dominges qələbə sayəsində növbəti mərhələyə adlayacaq. Heç-heçə halında Məmmədyarovla xallar bərabərləşəcək ki, belədə qrup qalibini müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq.