Çempionlar Liqasında yarımfinalın ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub. Bu nominasiyada Usman Dembele qalib gəlib.
UEFA-nın yaydığı məlumata görə, PSJ-nin hücumçusu həftənin ən yaxşı futbolçusu adı uğrunda mübarizədə digər namizədi - “Atletiko”nun oyunçusu Antuan Qrizmannı geridə qoyub. Dembele yarımfinalın “Bavariya”ya ilə keçirilən ilk matçında (5:4) iki qol vurmuş, bir məhsuldar ötürmə vermişdi.
Yeri gəlmişkən, Usman cari mövsümdə ümumilikdə 35 rəsmi matçda meydana çıxıb, komandasına 18 qol və 10 məhsuldar ötürmə ilə faydalı olub.