"Barselona"nın hücumçusu Usman Dembele İspaniya La Liqasının XXXVI turunda "Selta"ya qarşı matçda məhsuldar ötürmə edib.
"Football-plus.az" xəbər verir ki, bu, fransalı futbolçunun 2022-ci ildə etdiyi 10-cu məhsuldar ötürmə olub. Bu göstərici ilə O, Avropanın "Top 5" liqarında hamını qabaqlayır.
Daha öncə siyahıya 9 assistlə PSJ-nin hücumçusu Lionel Messi başçılıq edirdi.