Çempionlar Liqasında hamını arxada qoydu

20.04.2026 23:45 33
Dünya futbolu
Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı futbolçusu məlum olub. Bu nominasiyada Maykl Olise qalib gəlib.

"Football-plus.az" xəbər verir ki, gənc yarımmüdafiəçi 1/4 finalın “Real” ilə cavab oyununun (4:3) sonunda həlledici qola imza ataraq “Bavariya”nın qələbəsində və yarımfinala çıxmasında böyük pay sahibi olub. Fransalı futbolçu UEFA-nın saytında keçirilən səsvermədə Usman Dembele (PSJ), Martin Subimendi (Arsenal) və Daniel Olmodan (Barselona) daha çox səs toplayıb.

Qeyd edək ki, Maykl ÇL-də ilk dəfə həftənin ən yaxşı futbolçusu seçilib.