Bir çox ilklərə səhnə olan DÇ-2026 daha bir cəhətdən tarixə düşüb. Qana yığmasında forma geyən Derrik Lyukkassen ilə Niderland yığmasında forma geyən Brayan Brobbi qardaşdılar. Lyukkassen qrupun Xorvatiyaya qarşı son matçında qol vurdu. Brobbi isə qrup mərhələsini 3 qolla tamamladı. Anaları eyni, ataları fərqli olan bu iki futbolçunun qol vurması ilə bir ilk yaşandı. Belə ki, tarixdə ilk dəfə bir mundialda iki qardaş iki fərqli yığmanın heyətində qol vurdu! 30 yaşlı Lyukkassen daha öncə Türkiyədə də çıxış edib və ''Fatih Karagümrük''lə ''Kasımpaşa''nın şərəfini qoruyub. Təcrübəli müdafiəçi hazırda Cənubi Kipr təmsilçisi ''Pafos''da çıxış edir. ''Ayaks''ın yetirməsi olan 24 yaşlı mərkəz hücumçusu Brobbi isə karyerasını İngiltərə təmsilçisi ''Sanderlend''də davam etdirir.